Planetdə uçan ilk vasitə xarab oldu
Bölmə: Araşdırma › ,Tarix: 18:25 26.01.2024
NASA-nın Marsdakı vertolyotu İngenuity (Məharət) pərvanələrindən birinin zədələnməsi səbəbindən təcili eniş etdi.
Başqa bir planetdə ilk təyyarə kimi tarixə düşən “İngenuity” artıq uça bilməyəcək.
NASA-dan Bill Nelson bildirib ki, “İngenuity” planlaşdırılmış vaxtdan çox uzun müddət uçmağı bacarıb və bəşəriyyətin Günəş sistemi üzərində gələcək uçuşlarına yol açdı. 48 sm hündürlüyündə olan kiçik helikopter şaquli eniş etməyi bacarsa da, onun yenidən hərəkət etməsi mümkün görünmür. Nelson, "Bu alətlə biz qeyri-mümkün olanı mümkün etdik" dedi. İngenuity 2021-ci ilin fevral ayında təkərli Perseverance avtomobilinin içərisində Qırmızı Planetə göndərildi. Kiçik vertolyot uçuşun çox nazik Mars atmosferində mümkün olduğunu sübut etdi.
İngenuity, Perseverance-in uçuşları ilə hansı istiqamətə götürüləcəyi haqqında da fikir verdi. Helikopterin ümumilikdə 58 uçuş etməsi planlaşdırılırdı. Lakin o, bunun öhdəsindən gəldi və 72 dəfə uçmağı bacardı. BBC Elm müxbiri Conatan Amos deyir ki, çoxları "İngenuity" dən kədərlənsə də, əslində bu aləti söndürməyin vaxtı çatıb. Bunun səbəbi, Perseverance'in Jezero kraterinə dırmaşmaq üçün sürətlə hərəkət etməyə başlamasıdır. Əgər "İngenuity" hələ də aktiv olsaydı, ya yetişməkdə çətinlik çəkərdi, ya da onu tutmaq üçün yavaşlatmaq lazım idi.
Mənbə: BBCTürk
Tərcümə etdi: Aytac Kərimova