Şəlalə Məmmədli "İlin müəllimi 2023-24, Azərbaycan" sertifikatına layiq görülüb

Bölmə: Sosial › ,
Tarix: 22:07 28.01.2024

Şəlalə Məmmədli AKS təşkilatı tərəfindən "İlin müəllimi 2023-24, Azərbaycan" sertifikatı ilə təltif olunub.

Bəzən kiçik bir rəğbətləndirmə aktı fəaliyyətdə böyük müsbət dəyişikliklərə səbəb ola bilər. Məhz bu yanaşmanı öz işində əsas götürən AKS (Alert Knowledge Service) – Sürətli Təhsil Xidməti təşkilatı (Hindistan) dünyanın müxtəlif ölkələrindən olan müəllimləri, məktəb rəhbərlərini və digər peşəkarları öz xidmətlərinə və töhfələrinə görə hər il mükafatlandırır.

 

On dörd yanvar 2024-cü il tarixində Dubayda keçirilən Beynəlxalq Təhsil Sammitində Azərbaycanı təmsil edən müəllimlər arasında Masazır kənd 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məmmədli Şəlalə də yer alıb. Sammitdə spiker olaraq çıxış edən Ş.Məmmədli AKS təşkilatı tərəfindən "İlin müəllimi 2023-24, Azərbaycan" kateqoriyasında qalib gələrək kubok və sertifikatla təltif olunub.

 

Qeyd edək ki, Ş.Məmmədli, həmçinin Bakı Dövlət Univeristeti Jurnalistika fakültəsində saathesabı müəllim olaraq çalışır. Sammitdə ABŞ, Hindistan, Şri-Lanka, Türkiyə, Azərbaycan, Gürcüstan, BƏƏ, Misir, Cənubi Afrika, Oman və Mərakeşdən təhsil işçiləri iştirak ediblər.