Seçkilərə hazırlıq prossesi ümumilikdə artıq yekunlaşmış kimi təqdim oluna bilər-MSK-nın sədr müavinindən AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 18:19 29.01.2024

"Mərkəzi seçki komissiyası seçki bulletenlerinin çapını həyata keçirir, yəqin ki, yaxın günlərdə biz bülletenlərin artıq dairə seçki komissiyaları vasitəsi ilə məntəqə seçki komissiyalarına təqdim olunması prossesinə start verəcəyik və onu da qeyd etmək istərdim ki, hazırlıq prossesi ümumilikdə artıq yekunlaşmış kimi təqdim oluna bilər. Bizim vep kameralarla bağlı da artıq iş aparılır, artıq yekunlaşmaq üzrədir".- Bu sözləri MSK-nın sədr müavini Rövzət Qasımov söyləyib.

 

Məntəqə sədri Lətifə Ələkbərova bildirib ki, seçici siyahılarında dəqiqləşmə işi davam edir.

 

"Ola bilər ki, seçici siyahısında məsələn, hazırda qeydiyyatdan çıxma ilə, vəsiqəsi ilə müraciət etmiş 3 nəfərimiz var, bu iş yenə də davam edir, seçki müddətinə qədər davam edəcək, bildirişlər ünvanlara çatdırılır. 85 % tam çatdırılıb, 15% üçün də iş davam edir".

 

Vətəndaşlar məntəqədə olan bu seçki siyahısında öz adlarını yoxlayırlar, qeyd edim ki, bu prosses seçkidən öncəki günlərdə də aparıla bilər. Əvvəlki seçkilərdə iştirak edən şəxslər qaydalarla tanış olsalar da, ilk dəfə səs verən vətəndaşlar üçün proses bir daha izah olunur".

 

Məntəqə sədri Həsən Tahirov qeyd edib ki, vətəndaş şəxsiyyət vəsiqəsini təqdim edir və biz baxırıq şəxsiyyət vəsiqəsində bizim dislokasiyaya uyğun gəlirsə, barmağını yoxlayırıq. 

 

"Əgər işarələnmə zamanı ultra- bənövşəyi şüada göstərirsə, yox səsvermədə iştirak eləməyib, deməli bizim üzvlərimizə yaxınlaşır, seçici siyahısında onun adını tapır, şəxsiyyət vəsiqəsini qəbul edəndən sonra onun seriya nömrəsini ora yazandan sonra onun barmağını işarələyir, seçki blutenini ona təqdim edir və seçici gizli səsvermə kabinetinə yaxınlaşaraq orda istediyi namizədə səs işarəsini verdikdən sonra seçki qutusuna sesini atir ve sonra məntəqəni tərk edir".

 

Hazırlıq işləri işğaldan azad olunmuş ərazilərdə də intensiv şəkildə davam etdirilir.

 

MSK-nın sədr müavini əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış və yaxud da məskunlaşmış qədər haqqı olan bir neçə ildir orda fəaliyyət göstərən şəxslərin səsverməsi üçün bun məntəqələr də hazır vəziyyətə gətirilir və həmin 26 məntəqədə təxminən seçici siyahılarına 22 mindən yuxarı bizim seçicimizin məlumatları daxil olub və onlar həmin günü bu seçki məntəqələrində öz konstitusion hüquqlarını, səsvermə hüquqlarını reallaşdıracaqlar".

 

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən məntəqələr zəfər seçkisinin ilk məntəqələri kimi qəbul edilir.

 

Gülnar