Dərmanların qiyməti ucuzlaşacaq?-Ekspertlər AÇIQLAYIB

Bölmə: Sosial › ,
Tarix: 22:29 29.01.2024

İqtisadçılar yayda qüvvəyə minəcək yeni qanunun ölkədə ən çox danışılan bir məsələdə ciddi təsirinin olacağını proqnozlaşdırırlar. Dərman vasitələrinin qiymətində ucuzlaşma ola bilər.

 

Dərman preparatlarının qiymətilə bağlı məsələ vaxtaşırı gündəmə gəlir. Həm milli məclisdə, həm də ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri dərmanların qiymətindəki bahalıqdır. Təbii ki, qiymətlə yanaşı keyfiyyət məsələsi də var. Keyfiyyətini artırmaq, qiymətini azaltmaq lazımdır, deyirlər. Birinciyə təsirini deyə bilmərik, amma ikinci məsələdə rəqabət məcəlləsi haqqında qanun əhəmiyyətli şəkildə təsir edə bilər.

 

İqtisadçı Xalid Kərimli bildirib ki, Tarif şurası vahid qiymət təyin edirdi, sonrakı qiymət dəyişimləri, dərmanın qiymətinin aşağı düşməsi və yaxud da rəqabət imkanları məhdudlaşırdı.

 

"Sahibkarlar dərmanları vahid qiymətə gətirib satmalı idi və daha ucuz məhsulu alırdılarsa, yenə də vahid qiymətə satıb, daha çox pul qazanmaq imkanlarına sahib olurdu. Lakin indi yuxarı hədd qiymət təyin etməklə sahibkarlar əgər bir-birisi ilə əgər daha çox məhsul satmaq istəyirlərsə, öz məsullarının bazarda payının daha çox artırılmasını istəyirlərsə, artıq yuxarı hədd qiyməti çərçivəsində rəqabət aparsınlar və istənilən halda bu qiymətləri aşağı endirə biləcək ehtimalları formalaşdırır".

 

Qiymətlərin ucuzlaşma ehtimallarını nəzərə alan sakinlər, bu təsiri birinci növbədə mütəmadi istifadə olunan dərmanlarda görmək istəyirlər. Mütəxəssislər isə deyir ki, rəqabət məcəlləsinin hansı dərmanların qiymətinə təsir edəcəyi müəyyən qaydaların tətbiqindən sonra bəlli ola bilər.

 

İqtisadçı Ruslan Atakişiyev qeyd edib ki, dərmanların qiymətlərinin böyük bir əksəriyyətini Tarif şurası tənzimləyir dövlət onlara tavan qiymətlər qoyur ki, yəni bu qiymətdən artıq satıla bilməz və təyin olunan bir qiymət vardır. 

 

"Dərmanlara qarşı münasibətdə artıq yəni o məcəllənin konkret olar reallaşdırılması dövründə belə deyək artıq normativ aktlar ki, var, tənzimləyici qurumların sənədləri kii, var artıq onlar meydana çıxdıqca konkret bunlar hansi dermanlara şamil olunur orda görə biləcəyik". 

 

Yanvarın 23-də prezident İlham Əliyevin imzaladığı rəqabət məcəlləsi haqqında qanun bu ilin iyul ayında qüvvəyə minəcək.