Bəzi taksi şirkətləri servis haqqı almağa başlayıb
Bölmə: Sosial › ,Tarix: 17:43 03.02.2024
Bəzi taksi şirkətləri bir neçə gündür ki, müştərilərindən gediş qiymətinə əlavə olaraq 10 qəpik servis haqqı almağa başlayıb.
Onlar bunun taksi xidmətini inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğunu qeyd ediblər. Taksi sürücüləri həmin məbləğin onlara çatmadığını, bəziləri isə məlumatsız olduqlarını deyirlər.
İstifadəçilər isə taksi şirkətlərinin tətbiq etdiyi yenilikdən razı görünmürlər. Ekspertlər deyirlər ki, taksi şirkətlərinin 10 qəpik servis haqqı alması daha çox qazanc əldə etməyə yönəlib. Bundan isə nə sürücü, nə də keyfiyyət artırılmadığı üçün sərnişin yararlana bilir.
Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, bütün taksi operatorlarında xidmətə əlavə pul kimi təqdimat olacaqsa, keyfiyyət məsələsini daha önə çəkmək lazımdır.
"Çünki bu gün nə qədər qiymət qaldırsaq da, nə qədər bəzəkli sözlər desək d,ə keyfiyyət ürək açan vəziyyətdə deyil. Demək olar ki, Biz Azərbaycanda taksi fəaliyyətinin 30%-dən biraz çoxunu keyfiyyətli xidmət sektoruna aid edə bilərik, qalanları çox bərbad vəziyyətdədir. Bəzi ölkələrdə bu yəni servis haqqı olaraq müştəriyə təklif edilir. Qəbul edəndə var, etməyəndə var".
Qiymət artımı olan taksi şirkətləri deyir ki, xidmət haqqı sərnişin və xidmət arasında qarşılıqlı ödəniş olduğu üçün sürücünün gəlirinə təsir göstərmir.
Səbinə Həsənova