Günümüzdə uşaqların boy inkişafı: Problem və həll yolları nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 21:18 28.11.2024

Uşaqların və yeniyetmələrin fiziki inkişafı sağlam cəmiyyətin qurulmasında mühüm rol oynayır. Lakin son illərdə, xüsusilə gənclər arasında boy qısalığının artması ilə bağlı narahatlıq artır.

 

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə uşağın bir günü olmalıdır. Günün neçə saatı təmiz havada olmalıdır, təmiz qidalanmalıdır, idmanını, hərəkətlərini etməlidir:

 

"Təbii ki,bütün bunlar hamısı insanların sağlamlığına mənfi təsir edən amillərlə əlaqədardır. İnsanın boyu da məsələn adi bir texniki vasitə deyil ki, onu qaynaq edəsən boyu artırasan.

Birinci genetika məsələsi var. 

Amma geniş sürətdə yayılırsa bunun başqa səbəbləri ola bilər. İnsanın bədəni nələrdən ibarətdirsə keyfiyyətsiz olduğuna görə nəticə budur. Yəni ev tikilir, ev tikiləndə  istifadə olunan daşın, sementin kefiyyəti yoxdursa ev istədiyimiz kimi alına bilmir. Ekologiya belə yəni su, qida, ətraf mühit, çirklilik, natəmizlik hətta deyərdim ki, ictimai problemlərin artması ailə problemləri, cavanların düzgün qidalanmaması, ayaqüstü yeməklər problem yaradan amillərdir. Bədən bir elmi mərkəzdir. Onu yenməliyik. O da, nələr lazımdırsa bizə deyir. Görürsünüzmü nə qədər problemlər var və yaxud da anaların çoxusu bilirsiniz ki uşaqlara süd vermir, çünki süd yoxdur. Niyə yoxdur?Yuxarıda dediyim məsələlər: gərginliklər, streslər, irrosianal suyundan tutmuş, havasından tutmuş ekoloji natəmizliklər və başqa səbəblər də var ".

 

Ekspert sözlərində, insan bədəninin enerji istədiyini amma aldığımız enerjinin keyfiyyətsiz ,hətta ziyanlı olduğu vurğulayıb:

 

"Dünya enerjidədir. Enerji isə çirkli maddələrdən yaranır.

 Yəni bu günkü maddələrin : su, hava, maşın, zavodlar ,silahlar çirkli mühit yaradırlar".

 

Aytac Mustafayeva