Şəkidə yaşayış evi yanıb

Bölmə: Hadisə › ,
Tarix: 16:14 05.02.2024

Şəkidə bir neçə ailənin yaşadığı binada yanğın olub. Informator.az xəbər verir ki, yanğın səhər saatlarında Şəki rayonunun Turan qəsəbəsində baş verib.

 

Şəki rayonu Turan qəsəbəsində yerləşən yaşayış mənzilində baş verən yanğın miqyasını böyüdərək qonşuluqda olan mənzillərə də yayılıb. Hadisə yerinə Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib nəticədə yanğın söndürülüb.Yanğın zamanı mənzillərə genişmiqyaslı zərər dəyib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın nəticəsində yüngül yaralananlar var.

 

 Aydan İsayeva