BDU jurnalistika tələbələri "Məktəb" jurnalının növbəti sayını tərcümə edib
Bölmə: Sosial › ,Tarix: 16:49 06.02.2024
"Məktəb" jurnalının 1sayını semestr ərzində BDU jurnalistika tələbələri Mətbu orqanların transliterasiya fənnində tərcümə edib.
"Məktəb" jurnalının 95 nömrəsi əski əlifba ilə çıxıb. Onlardan hələ ki 1 nömrəsi translitrasiya olunub. 3 nömrəsi çapa hazırlanır, yaxın günlərdə çıxacaq. Bu barədə jurnalın transliterasiya üzrə redaktoru Samir Xalidoğlu (Mirzəyev) jurnalla bağlı informator.az-a açıqlama verib.
"Məktəb jurnalının 4-cü nömrəsini (7 yanvar 1912) tam olaraq çeviriblər. 1911-ci il 24 dekabr tarixli 3-cü nömrəni isə qismən çevirdik. Növbəti dərs ilində yeni qrupla çox güman ki, başqa mətbuat orqanını işləyəcəyik".
Hazırda Məktəb jurnalının translitrasiyası ilə BSU-nun doktorantı, BDU-nun magistrantı olmuş Fərqanə Məlikova məşğul olur. O, jurnalın 1913-cü ildə buraxılmış 11-ci sayını 2022-ci ildə transliterasiya edib, kitabça şəklində çap etdirib. Bakıda Mütərcim nəşriyyatında çapdan çıxmış material 52 səhifədən ibarətdir. Həmin nömrə spesifik nömrədir.
Azərbaycanın böyük şairi və mütəfəkkiri M.Ə.Sabirin vəfatının 2 illiyi münasibəti ilə həmin nömrə buraxılıb. Jurnal tamamilə M.Ə.Sabirin həyat və fəaliyyətinə həsr olunub. Burada Sabirin əsasən uşaqlarla bağlı yazdığı şeirlər, nümunələr və ya ayrı-ayrı müəlliflərin Sabirdən bəhs edən əsərləri jurnalın uşaq oxucularına çatdırılırdı. Həmin materialı ərəb əlifbasından latın qrafikasına Fərqanə Məlikova çevirib.
Ön söz müəllifi filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlidir. “Sabir irsinə dərin ehtiramla” başlıqlı ön söz Qulu Məhərrəmliyə aiddir. Bundan əlavə, Fərqanə Məlikova “Uzun mündəricatlı uşaq mətbuatı Məktəb jurnalı” adlı geniş material dərc edib. Jurnalın həm transliterasiya olunmuş versiyası, həm də əsl versiyası kitabçada dərc olunub. 1911-ci ildə buraxılmış jurnalın 1, 2 və 3-cü nömrələrini isə Fərqanə xanım çapa hazırlayır.
Təhminə Abdurəhimova