Uşaqların canlı yayımlarda iştirak etməsi onlarda müxtəlif düşüncələrə səbəb olur-Nabat Mirzəyeva

Bölmə: Sosial › ,
Tarix: 18:30 06.02.2024

Son vaxtlar " TikTok" sosial şəbəkəsində azyaşlı uşaqlarla canlı yayım edən istifadəçilərin sayı artıb. Bu yayımlar zamanı uşaqlar  öz yaşlarına uyğun olmayan söhbətlərə daxil olurlar, müxtəlif insanların rəylərinə məruz qalırlar.

 

Bəs bu hal onların psixologiyalarına necə təsir edir?

 

Psixoloq Nabat Mirzəyeva sözügedən məsələ ilə bağlı informator.az-a   açıqlama edib.


Psixoloq qeyd edir ki, azyaşlı uşaqların canlı yayıma qoşulub , yaşlarına uyğun olmayan söhbətlərdə iştirak etməsində tək günahkar valideynlərdir.

 

"Çünki valideynlər gəlir qazanmaq, hər hansı gəlir mənbəyi yolunu açmaq üçün övladlarını ön plana çəkib, doğru olmayan üsullardan istifadə edirlər. Bəzi ailələr var ki ,  həm ölkəmizdə, həm də xaricdə musiqi,gimnastika, rəsmlə və.b peşə məşğuliyyəti ilə  övladlarını ön plana çəkirlər, sosial şəbəkədə təqdim edirlər. Burada görünür ki, həmin valideynlər övladlarının gələcəyi üçün çalışırlar və onların bu istedadlarını paylaşmaq istəyirlər. Amma "TikTok" sosial şəbəkəsində övladlarını ön plana çəkib, canlı yayım edən valideynlərin tək məqsədi bu üsulla pul qazanmaqdır".


Nabat Mirzəyeva əlavə edir ki , uşaqların kiçik  yaşlarından canlı yayımlarda iştirak etməsi onlarda müxtəlif düşüncələrə səbəb olur.

 

"Onlar düşünür ki , mən artıq böyüdüm, valideynlərimə bu yaşımdan  pul qazandırıram və böyüdüyüm üçün hər istədiyimi edə bilərəm .
Təəssüf ki ,  bu uşaqlar erkən yaşlarından qeyri-əxlaqi , əxlaq normalarından kənar olan yalnış, kobud sözlərdən istifadə edirlər. Kiçik yaşlarından belə sözlərdən istifadə etmək uşaq üçün çox ağır bir haldır. "TikTok" sosial şəbəkəsində  açılan canlılar  uşaqların ətraf mühitini ,ətraf mühitin uşağa qarşı düşüncələri dəyişə bilər . Ətrafdakı insanlar o uşağa qarşı vulqar sözlərdən , təhqiramiz sözlərdən istifadə edərək həmin uşaqda aqressiv gərginlik, depressiya halları yarada bilər. Bu halların baş verməsi gələcəkdə həmin uşağın doğru olmayan yollara düşməsinə , intiharına səbəb ola bilər".

 

 

Zeynəb Mustafazadə