“Təhsil Ekspertləri Mərkəzi” təsis edildi

Bölmə: Sosial › ,
Tarix: 20:45 06.02.2024

“Təhsil Ekspertləri Mərkəzi” təsis edilib. 

İnformator.az xəbər verir ki, bu haqda mərkəzin təsisçiləri məlumat veriblər.

  

Təsisçilər bildiriblər ki, "Təhsil Ekspertləri Mərkəzi" ölkəmizdə təhsil islahatları dövründə yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etmək məqsədi ilə təsis edilib. Təhsil ekspertləri: İlham Əhmədov, Məzahir Məmmədli, Sona Əliyeva, Kamran Əsədov, Elşən Qafarov, Vüsal Kərimli, Elçin Əfəndiyev, Elmin Nuri, Adil Vəliyev mərkəzi 6 fevral 2024-cü il tarixində təsis ediblər.

 

"Təhsil Ekspertləri Mərkəzi" təhsil prosesinin tərəflərini, (təhsilverənləri, valideyinləri, təhsilalanları) ziyalıları, təhsil sahəsində QHT-ləri, təhsil idarəetmə orqanlarını, təhsil sahəsində araşdırmaçı mütəxəsisləri və KİV nümayəndələrini əməkdaşlığa dəvət edib.

 

Mərkəz həm paytaxtda, həm bölgələrdə təhsil prosesini və problemlərini yaxından izləyəcək, təhsilin inkişafı üçün təkliflərini hazırlayıb təqdim edəcək. 

 

Həmçinin Mərkəz mütəmadi olaraq təhsil prosesinin iştirakçıları üçün təlimlər və dəyirmi masalar, müzakirə klubları təşkil olunacaq.


Əsas məqsəd təhsilin tərəflərini maraqlandıran məsələlərə yaxından dəstək verməkdir.