MİQ sistemi kökündən dəyişməlidir-Ekspertdən ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 22:31 06.02.2024
"MİQ-in sualları yüksək səviyyədə deyil. Hətta DİM-in təşkil etdiyi imtahan sualları MİQ suallarından yüskək səviyyədədir. MİQ imtahanı suallarını peşəkarlar hazırlamır". Bu sözləri informator.az-a açıqlamasında təhsil eksperti Afərim Seyidova söyləyib.
Ekspert deyir ki, MİQ imtahanında çərçivə proqramı yeni qəbul olunub. Əvvələr o da yox idi, amma bəzən bu çərçivəni aşırlar. Suallar dəfələrlə yoxlanılmır.
"MİQ sualları məktəb səviyyəsinə yox, Universitet səviyyəsinə uzlaşdırmaq lazımdır. Müdavim Ali Məktəb bitirib, bəlkə də orta məktəb proqramını unudub amma suallar orta məktəb səviyyəsində düşür".
Müsahib əlavə edir ki, MİQ üzrə sınaqlar tərtib olunmur.
"Müqayisədə onu qeyd edə bilərəm ki, DİM sınaqlar keçirir, əfsuslar olsun ki, MİQ bunu etmir. MİQ üzrə konkret bir kitab, test toplusu yoxdur. İl boyu müəllimlər üçün müəyən seminarlar təşkil olunmalıdır. Mükəmməl proqram tərtib olunmalıdır. Bir sözlə, mükəmməl bir komanda işləməlidir".
Ekspert sonda qeyd edir ki, problemlərdən biri də vakansiya problemidir.
"Müdavim MİQ imtahandan keçsə də, vakansiya yoxdur. Vakansiya problemi həll olunmalıdır. Bunun iki yolu var, ya pedaqoji ixtisaslar azaldılmaldır, ya da vakansiya artırılmalıdır. Həvəsli olan gənc bir müdavim imtahandan keçməsinə baxmayaraq müəllim adı ala bilmir. Əlbəttə ki, bu nəzərə alınmalıdır. Müdavim bura maddi bir vəsait sərf edir. İllərlə kursa gedir, hazırlaşır sonda iş tapa bilmir və beləliklə işsizlik ordusu yaranır.
Afərim Seyidova sonda vurğulayır ki, ümumiyətlə MİQ sistemi peşəkar formaya salınmadığı halda müəllimlərin burada psixologiyası pozulur, stress yaşayır və hətta bu intiharla belə nəticələnə bilər.
Vüqar Alışov