Yevlax şəhərində yeni içməli su mənbəyi yaradılıb
Bölmə: Sosial › ,Tarix: 22:37 06.02.2024
Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı sutəmizləyici qurğular kompleksi inşa edilib. Ümumi həcmi 2500 kubmetr olan 2 içməli su anbarının və 2,6 km uzunluğunda magistral su kəmərinin inşası başa çatdırılıb. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə sutəmizləyici qurğununn inşası da nəzərdə tutulur.
"Azərsu" ASC-nin departament rəisinin müavini İlqar Şükürov açıqlamasında qeyd edir ki, Yevlax şəhərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə emal gücü sutkada 20 min kubmetr olan sutəmizləyici qurğunun və su anbarlarının inşası yekunlaşıb.
"İçməli suyun şəhər şəbəkəsinə ötürülməsini təmin etmək məqsədilə magistral su kəmərinin inşası da başa çatıb. Layihənin birinci mərhələsində şəhərin bir hissəsində içməli su şəbəkəsi yenidən qurulub. Yeni şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb".
Gülnar