Bütün şəxsiyyət pozuntularının ilkin səbəbləri ailə tərbiyəsindən irəli gəlir-Psixoloq açıqladı
Bölmə: Sosial › ,Tarix: 13:36 07.02.2024
Gündəlik həyatımızda şəxsiyyət pozuntularına sahib olan insanlara tez-tez rast gəlirik. Şəxsiyyət pozuntusu bir insanın birdən çox xarakterə sahib olma vəziyyətidir. Şəxsiyyət pozuntuları erkən uşaqlıq travmalar səbəbi ilə ortaya çıxır. Öz mənliyinin fərqində olmamaları, əsəblərinə hakim ola bilməmə hissi, dəyişkən duyğular və intihara meyilli davranışlar ortaya çıxa bilir. Şəxsiyyət pozuntusunun müalicəsi olmasa da, sadəcə bəzi əlamətləri azalda bilirlər. Maraqlıdır ki, şəxsiyyət pozuntularının əsas yaranma təməli nələrdir? Aynur İsmayılova Ailə və uşaq psixoterapevti mövzu ilə bağlı İnformator.az ilə fikirlərini bölüşüb.
Aynur İsmayılovanın fikirlərinə görə, şəxsiyyət pozuntuların əsası erkən ailə tərbiyəsində qoyulur.
"Şəxsiyyət pozuntularına sahib olan insanlar bir çox əlamətlərə sahib ola bilirlər. Məsələn, özünə inamın aşağı olması narsistlikdir. Narsist insanların özünəinamları aşağı olduğu üçün etdiyi bütün hərəkətlər, insanları əzməsi özünəinamı artırmaq üçündür. Şəxsiyyət pozuntusu olan psixopatlar isə şiddətə meyillidirlər. Bu şiddəti ailə üzvlərinə də göstərə bilirlər".
Psixoloq qeyd edir ki, narsistlər isə toksik sözlərdən istifadə edərək insanları incidirlər.
"Narsistlər daha çox uğurlu olan insanların yanında olmağa çalışırlar. Əslində, öz daxilində böyük özünəinamsızlıq, paxıllıq yaşayır. Bütün şəxsiyyət pozuntularının ilkin səbəbləri ailə tərbiyəsindən irəli gəlir. Burada uşaqlara qoyulan cürbəcür qadağalar, bəzi tələbatlarını ödəməyən uşaqlardan dərslərində yüksək performans sərgiləmək ümid edilir. Valideynlərin övladlarının mükəmməl olmaq istəyi onların narsist şəkildə yetişməyinə səbəb olur".
Fatimə Mustafayeva