Ölkə ərazisində seçki prosesi davam edir

Bölmə: Sosial › ,
Tarix: 17:09 07.02.2024

Yasamal rayonunda bu gün saat 08:00-dan etibarən növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verilib.

 

Bu barədə informator.az-a 17 saylı Yasamal lll Seçki Dairəsinin 21 saylı Seçki məntəqəsindən məlumat verilib.

 

 

 

Seçki məntəqəsinin müşahidəçisi Sevinc Ağalarova növbədənkənar seçkiləri yüksək qiymətləndirib.

 

"Seçkilər çox şəffaf şəkildə keçirilir,seçki məntəqəsinə vətəndaşlar öz iradələrilə gələrək istədikləri namizədlərə səs verilər. Ümidvaram ki, xalq istədiyi namizədi prezident seçəcək".

 

Müşahidəçi Xeyrulla Qasımov bildirib ki, seçki məntəqəsində aktivlik açıq şəkildə hiss olunur.

 

"İlk dəfədir ki, ölkəmizin tam suveren ərazisində seçkilər keçirilir. İşğaldan azad edilən ərazilərimizdə də seçkilər keçirilir. Biz müşahidə edirik ki, vətəndaşlarımızın üzündə sevinc, təbəssüm var. Qalib xalqın vətəndaşı olaraq seçkilərdə iştirak etmək, onlar üçün qürur vericidir".

 

 

Vüqar Alışov