Valideyn kitab oxumaq istəməyən uşaqla necə davranmalıdır?

Bölmə: Sosial › ,
Tarix: 17:42 07.02.2024

Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın yaşayış və xoşbəxt həyatının təmin edilməsi, onun saxlanılması, müdafiə edilməsi nəzərdə tutulur. Bundan başqa, bu məsuliyyətlər sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir.

 

Bəzi valideynlər uşaqları nəyəsə məcbur edirlər, məsələn, kitab oxumağa, müəyyən saatda yatmağa və.s Bu nə dərəcədə düzgündür? Valideyn kitab oxumaq istəməyən uşaqla necə davranmalıdır?


Bu mövzuda psixoloq Vüsalə Əmiraslanova ilə həmsöhbət olduq.

 

“Ümumiyyətlə, son dövrlərdə uşaqların kitaba həvəsi çox azalıb. Onlar kitabla maraqlanmaq, oxumaq istəmirlər. Bu telefona bağlılıqdan, valideynlərin özlərinin az kitab oxuması ilə bağlı ola bilər. 

 

Əlbəttə, uşaqları kitab oxumağa məcbur etmək olmaz. Amma xüsusi kiçik cəzalandırma, rəğbətləndirmə üsulları ilə uşaqları oxumağa cəlb etmək olar. Bu, əslində təkcə valideynin məsuliyyəti deyil, burada həmçinin psixoloqun, müəllimin əməyi olmalıdır. Yəni onlar üçlü şəkildə uşağın həvəsini artıra bilərlər”.

 

Psixoloq deyir ki, hər bir uşağın rejimi olmalıdır. 

 

“Rejimdə qidalanma, müəyyən saatda yatıb-durmaq, dərs oxuma vaxtı qeyd olunmalıdır. Bunlar gün ərzində yerinə yetirilərək işarələr qoyulmalıdır. Bunlara uyğun mükafatlandırmalar edilsə, nəticə yaxşı olar”.

 

Sayad Qoşnalıyeva