İctimai nəqliyyatların gecikməsinə səbəb nədir? -Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:10 07.02.2024
Gündəlik həyatda ictimai nəqliyyatıa bağlı problemlərə tez-tez rastlanılır.
Beləki, bəzi hallarda avtobuslar onlara ayrılan vaxt qrafiki üzrə hərəkət etməli olduqları halda təyinat nöqtələrinə onlar üçün ayrılan vaxt qrafikindən gecikmə halları müşahidə olunur və bu da nəqliyyat vasitəsində sıxlığın yaşanmasına, eləcə də istifadəçilərin narazılığına səbəb olur.
Bəs niyə avtobuslar onlara ayrılan vaxt qrafiki üzrə təyinat nöqtələrinə gecikir?
Buna səbəb nədir?
Bu kimi halların qarşısını necə almaq olar?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov məsələ ilə bağlı informator.az-a açıqlaması zamanı suallarımızı cavablayıb:
"Marşrutlarla bağlı sərnişin daşımada, xüsusilə də son illər müəyyən addımlar atılmağa davam edir. Bu addımların başlıcası intervalların aşağı salınması, kəsişən xətlərin daha intensiv, kəsişməyən xətlərlə əvəz edilməsi və digər formada görülən işlər əsas prioritetlərdəndir".
Ekspert deyir ki, marşrutların qrafik üzrə gecikməsi hallarının əsas səbəblərindən biri də tıxac, eləcə də kəsişən və kəsişməyən xətlər üzrə yeni marşrut zolaqlarının salınmasıdır və bunun üçün də geniş işlər görülür.
"Bunların hər biri bizim qarşıda duran prioritetlərimizdən biridir.Gələcəkdə isə bunun daha da intensiv hal alacağı,proqressiv işlərin görüləcəyi şübhə edilmir. Amma bu o demək deyil ki, biz planlarımızı dayandırmalı, ləngitməliyik, əksinə, bu fonda işlər təkmilləşdirilməli və yeni ekoloji cəhətdən avtobusların gətirilməsi, Bakı ətrafı qəsəbələri şəhərlə birləşdirəcək marşrutların tənzimlənməsi kimi addımlar atılmalıdır".
Ekspert sonda əlavə edir ki, günümüzdə əsas problemlərdən biri də Bakı ətrafı qəsəbələrdə marşrut sistemlərinin köhnə olması ilə bağlıdır.
"Lakin zənnimcə,bu proseslər,onların inkişafı,təkmilləşməsi ilə bağlı xüsusi işlər görülməyə davam edəcək".
Aytac Kərimova