Yeni kadr siyasəti zamanın və dövrün əsas tələbidir-Fazil Mustafa

Bölmə: Sosial › ,
Tarix: 20:29 08.02.2024

Adətən, seçilən prezident yeni hökuməti formalaşdıran zaman seçkilərdə iştirak etmiş namizədlərə vəzifələr təklif edir. Bəs, Yeni hökumətin təşkilində, yeni kadr siyasəti gözlənilirmi ? Ümumiyyətlə dövlət idarəçilik sistemində hansı dəyişikliklər aparacaq?

Mövzu ilə bağlı Milli Məclisin üzvü Fazil Mustafa informator.az-a açıqlama edib.

 

"Bu konstitusiyanın tələbidir ki, prezident seçildikdən sonra Nazirlər kabineti buraxılır və yeni bir hökumət formalaşır".

 

Deputat qeyd edib ki, yeni komandanın kimlər olub-olmayacağını söyləmək çətindir.

 

"Bunun səbəbi odur ki, bu, prezidentin iradəsinə aid bir məsələdir. Hər halda bu proseslərdən sonra yenilik olmalıdır".

 

Fazil Mustafa eyni zamanda qeyd edib ki, prezident seçkilərinin keçirilməsini yeni bir dövrün başlanğıcı hesab etmək olar. 

 

"Çünki Azərbaycanın həyatı əhəmiyyətli böyük bir problemi həll olunub. Bu da bizim üçün sevindiricidir. Bu, Vətən məsələsidir. Biz Vətən məsələsini əsas öndə tutduğumuz bir məsələ kimi görməliyik".

 

Fazil Mustafanın sözlərinə görə, yeni kadr siyasəti zamanın və dövrün əsas tələbidir.

 

"Daha hazırlıqlı, reputasiyası daha yaxşı olan kadrlar gətirilə bilər. Yenidən seçilən prezidentin öz konsepsiyası var və öz addımlarını atacaq. Həmçinin ictimaiyyətə bu barədə açıq bilgi veriləcək".

 

Vüqar Alışov