Boy artımına hansı amillər təsir edir? -Həkim DETALLARI AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:32 09.02.2024
Son dövrlərdə ölkəmizdə qısa boylu insanların çoxluğu müşahidə olunur. Keçmişə qayıtdıqda isə bu halın əksini, uzun, orta boylu insanların daha çox olduğunu görə bilərik.
Məsələ ilə bağlı Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova informator.az-a açıqlama edib. Həkim deyir ki, insanda boy hormonu çatışmazlığı varsa, onun boyu normadan aşağı olacaq və burada ancaq müalicə boy hormonunda aparılmalıdır.
"Bəzən bu hal ailəyla-atanın , ananın boyunun qısalığıyla, çölyak deyilən xəstəlik, qidalanma və s. əlaqəli ola bilər. Burada somatotrop hormon( boy hormonu) çatışmazlıq olmur yəni, digər amillər nəticəsində boy qısalığı müşahidə olunur. Əgər insanda somatotrop hormon çatışmazlığı yoxdursa, ona sağlam, düzgün, tərkibinda A, D vitaminləri olan qidalar təsir göstərə bilər. Uşaqların yay vaxtlarında günəş şüası qəbul etməsi, idmanla, üzgüçülüklə məşğul olmaları onların boylarının uzanmasına təsir göstərə bilər".
Nərmin İsmayılova qeyd edir ki, boyun uzun və ya qısa olmasında genetik amillər də özünü göstərir.
"Ata və ananın boyu uşağın boyunun uzun və ya qısa olmasına təsir göstərir".
Endokrinoloq əlavə edir ki, əgər insanda sırf boy hormonu çatışmazlığı varsa, mütləq o insan boy hormonu müalicəsi almalıdır.
"Uşaq öz normal boy həddinə çatdıqda boy hormonu müalicəsi dayandırılır. Genetik sindromlarla bağlı ola bilən xəstəliklər vardır ki, burada boy hormonu müalicəsi veririk, amma düzdür, orada lap istədiyimiz tam nəticə olmur amma yenə də orada nəticə alınır".
Nərmin İsmayılova sonda vurğulayır ki, xəstədə ilk öncə boy qısalığının səbəbinə baxılmalıdır ki, boy qısalığının səbəbi nədir və həmin səbəb araşdırılıb düzgün müalicə təyin olunduqda yaxşı nəticə əldə olunsun.
Samirə Musayeva