Utilizasiya rüsumlarına dəyər vergisinin əlavə olunması qanunsuzdur-İlqar Hüseynov
Bölmə: Sosial › ,Tarix: 18:34 12.02.2024
Azərbaycana gətirilən və istehsal ili dörd ildən artıq olan maşınlara görə utilizasiya haqqı alınır.
Bəs utilizasiya məbləğindən başqa, əlavə dəyər vergisinin (ƏDV) də tələb edilməsi qanunidir mi? Qaydalara əsasən, ölkəyə idxal edilən bəzi avtomobillərə görə, gömrük rəsmiləşdirilməsi zamanı istehsal ilindən asılı olaraq 400 və 700 manat utilizasiya haqqı alınır.
Bəzi sosial şəbəkələrdə, xüsusilə, avtomobil qruplarında utilizasiya haqqına görə alınan pulun təkcə bununla bitmədiyi deyilir.
Bəzi istifadəçilər gömrükdə həmçinin 400 və 700 manat olan utilizasiya məbləğinin üzərinə 18%-lik əlavə dəyər vergisinin də gəldiyini yazırlar.
Bəs bu iddialar nə qədər doğrudur? Gömrükdə utilzasiya haqqına görə ƏDV də alınırmı?
Bu haqda nəqliyyat eksperti İlqar Hüseynov informator.az-a açıqlama edib:
"Gömrük rəsmiləşdirməsi zamanı ilə görə dəyişərək 400-700 manat arasında avtomobil nəqliyyat vasitələrinin utilizasiya haqqı tutulur".
Ekspert bildirir ki, bu ödənişə əlavə olunan məbləğdir.
"Qanun ƏDV-nin onun üzərinə gəlməsinə icazə vermir, çünki bu konkret rüsumdur".
İlqar Hüseynov deyir ki, rüsumlar, cərimələr və digər bu kimi dövlət tərəfindən təsbit olunmuş ödənişlər ƏDV-ə cəlb olunmur.
"ƏDV idxal-ixrac zamanı ölkəyə gətirilən məhsulların üzərinə gəlinən dəyər vergisidir".
Müsahib qeyd edir ki, ƏDV dəyər yaratdığına görə ödənilən vergidir.
"Utilizasiya rüsumlarına dəyər vergisinin əlavə olunması qanunsuzdur".
Gülay Qəribova