Almaniyada yaranan nasizm digər dövlətlərdə də təbliğ olunur-Azad Məsiyev
Bölmə: Siyasət › ,Tarix: 19:27 12.02.2024
Almaniya dünyanın aparıcı dövlətlərindən sayılır. Bu ölkə bir çox elmi, mədəni, mütərəqqi hadisələrin mərkəzi olsa da, müasir dünyanın ən eybəcər ideologiyasının, faşizmin çiçəklənib, yayıldığı, dünyanı zəhərlədiyi yerdir.
Dünyanın bir çox bölgələrində baş verən dəyişikliklər insanların öz yurd-yuvalarını tərk etməsi ilə nəticələnir. Miqrantların üz tutub getdiyi, güvəndiyi ölkələrdən biri də Almaniyadır. Ancaq orada antisemitizm, irqçilik və ksenofobiyanın güclənməsi müşahidə olunur.
İqtisadi, siyasi, sosial cəhətdən güvənib üz tutan miqrantlar yaxud digər insanlar üçün antisemitizm, irqçiliyin artmasının təsiri hansı dərəcədədir ?
Almaniyada irqçilik və ksenofobiyanın güclənməsi digər dövlətlərlə münasibətinə təsir edəcəkmi ?
Bu barədə politoloq Azər Məsiyev informator.az- a açıqlama edib:
"Biz Avropa sivilzasiyasına tarixi nöqteyi-nəzərdən təhlil etsək, istər Almaniyanın, istər Fransanın fəaliyyətini açıq şəkildə görərik. Avropa sivilzasiyası bəşəriyyət üçün faciələr gətirib. İstər Birinci, istər İkinci Dünya müharibəsi, istərsə də Avropanın mərkəzində- Ukraynada faktiki III Dünya müharibəsi gedir. Bu müharibələrdə milyonlarla, on milyonlarla insan ölüb və bu müharibəni yaradan Avropa sivilzasiyası olub".
Politoloqun fikrincə, bu qədər insan tələfatına səbəb olan Avropa sivilzasiyası bəşəriyyət üçün heç də uğurlu sivilzasiya deyil.
"Ümumilikdə son zamanlar Avropa Birliyi 3 əsas dövlətin sütunu üzərində yaradılıb. Almaniya, Fransa və Böyük Britaniya. Artıq Böyük Britaniya Avropa Birliyindən çıxıb və Avropa Birliyinin aparıcı dövləti Almaniya və Fransadır. Son vaxtlar istər Almaniya, istərsə də Fransa dünyada gedən prosesləri üstələyirlər".
Müsahib bildirir ki, günümüzdə Avropa Birliyi müstəqil bir qurum deyil. O artıq de-fakto ABŞ-ın alətinə çevrilib.
"Dünya siyasətində ABŞ-dan hansı təlimat gəlirsə, Avropa Birliyi və onun aparıcı dövlətləri- Fransa, Almaniya onu gözünü yumaraq dəstəkləyir və ABŞ-ın maraq dairəsində fəaliyyət göstərirlər. Almaniyada siyasi lider yoxdur. Son vaxtlar Almaniya dünya siyasətində fəallaşması onu göstərir ki, Almaniya artıq ABŞ-ın aparıcı fiqurudur. İstər Ukrayna münaqişəsində ABŞ adına Böyük Britaniya və Polşa oynuyurdusa, Cənubi Qafqazda bu oyunçu Fransa və Almaniyadır."
Azad Məsiyev qeyd edir ki, Almaniya son vaxtlar apardığı iqtisadi, xarici-daxili, siyasətində beynəlxalq standartlara uyğun fəaliyyət göstərmir.
"Almaniyanın bugünki rəhbəri öz dövlət və milli maraq dairəsinə görə yox, xarici maraqlara uyğun davranır. Ukrayna-Rusiya münaqişəsindən sonra Rusiyanın Avropa ilə əlaqəsi kəsilib. Artıq Avropa iqtisadiyyatı faktiki olaraq dağılmağa doğru gedir. Çünki siyasətin iqtisadiyyata, iqtisadiyyatın isə siyasətə bağlılığı var. Avropa Birliyinin xarici siyasətində uğursuzluqlar bilavasitə onun iqtisadiyyatına təsir edir. Xüsusilə də Almaniya maşınqayırma sənayesinin 70% xam malı Rusiyadan gəlir. Artıq iqtisadi geriləmələr statistik rəqəmlərlə özünü göstərməkdədir. Avropa iqtisadiyyatının çökməsinin nəticələrindən biri də işsizlik ordusunun yaranmasıdır."
Politoloq nəzərə çatdırır ki, Almaniyada böyük şirkətlərin bağlanması, kütləvi işsizliyin yaranması bu ölkədə resdablizasiyaya gətirib çıxarır.
"II Dünya müharibəsində faşist Almaniyasının lideri Hitlerin nasist ideologiyası bəşəriyyət üçün təhlükədir. Bu gün nasist ideologiyası Ukraynaya sıçrayıb və təbliğ olunur. Ukraynada "Maydan" hərəkatından sonra kütləvi şəkildə nasist ideologiyasının təbliğatı başladı və bu yaxınlarda Ermənistanda da nasist ideologiyasının təbliğatı başlayıb. Nasistlərə xidmət edən şəxslərin "Milli Qəhrəman" kimi təbliğ olunması bəşəriyyət üçün təhlükələrdən xəbər verir. Xüsusilə, Almaniya keçmişə qayıdaraq nasist ideologiyasının dövriyyəyə buraxması nəyinki Avropa, bəşəriyyət üçün təhlükədir.Qeyd edim ki, Avropa sivilzasiyası bəşəriyyət üçün arzuolunmaz sivilzasiyadır və bu sivilzasiyanın aparıcı dövlətləri Fransa və Almaniydır. Bu dövlətlər xarici siyasətlərində, fəaliyyətlərində beynəlxalq hüquqla tənzimlənmir. Biz bunun bariz nümunəsini Azərbaycana olan münasibətlərdə görürük. Almaniyanın Azərbaycana qarşı qərəzli davranışları var. Bunu biz BMT-nin Təhlükəsizlik Şurasının iclasında eyni zamanda AŞPA-dakı çıxışlarında xüsusilə görürük. İstər Almaniya olsun, istər Fransa olsun, Avropa sivilzasiyası bəşəriyyət üçün təhlükədir".
Müsahibin hesab edir ki, dünyada ədalətin bərqərar olması üçün yeni sivilzasiyaya ehtiyaac var.
"Hesab edirəm ki, bu sivilzasiya Turan sivilzasiyasıdır. Turan sivilzasiyası dünyada pozulmuş ədaləti bərqərar etmək üçün xüsusi rol oynaya bilər. Turan sivilzasiyasının yaranması Türkiyə və Azərbaycanın sütunları üzərində olacaq. Ukrayna müharibəsindən sonra dünyada yeni güc mərkəzləri yaranmağa başlayacaq. Artıq Avropa sivilzasiyası qocaldığına, tənəzzülə doğru getdiyinə görə yeni sivilzasiya-Turan sivilzasiyası bəşəriyyətə güc mərkəzi kimi meydana gələ bilər".
Azər Abuşov