Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb

Bölmə: Sosial › ,
Tarix: 22:57 12.02.2024

Həcc ziyarəti yaxınlaşarkən Həccin daxili mənəviyyata faydaları, Həcc ziyarətinin üstünlükləri haqqında İlahiyyatçı Ağa Hacıbəyli İnformator.az-a açıqlama edib:

 

"İnsanlıq tarixi boyunca insanın mənəvi tərəqqi və yüksəlişi üçün Allahın vəhy kitablarında hər zaman xüsusi ibadətlər olub və onlardan biri də ziyarətlər kateqoriyasına aiddir. Xüsusilə, bu ziyarətlər içində ağırlığı öz üzərinə götürən Həcc ziyarəti olub.

Həcc ziyarəti daha çox İbrahim peyğəmbərin adı ilə bağlıdır. Məlum olduğu kimi onlar Kəbəni yenidən təmir edib və oğlu İsmayıl (əs) ilə bərabər.

Sonra isə bir vəhyin əmri ilə insanlığı bu evə dəvət et əmri duyulub.

 "Ya rəbb,mənim səsim çatmır. Bu dünya insanına mən necə səsimi çatdıracağam"?- deyə İbrahim Peyğəmbər deyib

 

Allah (c.c) buyurursunuz çağır,vəzifəni yerinə yetir.

Çatdırmaq bizə aiddir" .

 

Ağa Hacıbəyli vurğulayır ki, uzun müddət içində Həccin fərqli ibadət forması peyğəmbərlər vasitəsilə ilə yerinə yetirilib. 

 

"Nəhayət, son peyğəmbər Hz.Məhəmməd (s.ə.s) hicrətindən sonra onun da həyatında Həcc ziyarəti keçirilib. Bu da peyğəmbər əfəndimizin ömründə 1 dəfə baş verib və vida xütbəsi adı altında da söhbətləri mövcuddur. 

 

Həcc Ərəfədir- deyib, peyğəmbər efəndimiz. Bu da Məkkənin kənarında yerləşən Ərəfat dağının adı ilə bağlıdır. Həmin təpədə bir duruş,dayanma var. Adəm və Həvvanın görüş yeridir. İnsanlar ehramda darağın dişləri kimi bərabər olduqlarının fərqinə varar.

Bütün rütbə və məqamlar ,var- dövlət, sərvət orada yetər".

 

Müsahib qeyd edir ki, həmin yerdə insanlar eyni bir ailədən olduqlarını, insanlıq imtiyazını daşıdıqlarını da elə orada fərqinə varardılar.

 

 

Ağa Hacıbəyli nəzərə çatdırır ki, Həcc ziyarəti Zilhiccə ayı içərisində baş verir. Xüsusən, 8, 9, 10 cu günlər bayram günləri olur.

Bu bayram da Qurban bayramı olaraq qeyd edilir.

 

 

"Bu baxımdan Həcc ziyarəti içərisi zəngin ibadətlərlə doludur. Orada Səfa və Mərvə təpələri arasında Hz.Həcər xanımın gedişi var .

O yeri gedib-gələn insan da insan qurtarmaq uğrunda mübarizə etmək sözünü verir.

 

Həccə gedən insanlar hacı olmağa yox, gerçəyə, özünə, kimliyinə, fitrətinə dönməyə gedir. Əsl insan olmaq üçün gedir. Paklaşmaq naminə gedir.

 

Həccə getmək Uca Allahın əmrini yerinə yetirməkdir. Eyni zamanda dünyada axirəti yaşamaqdır.

 

Bu baxımdan Həccin insana verdiyi bu məziyyətlər, böyük fəzilətləri dünyanın heç bir ərazisində və yerində əldə etmək feyzi , ləzzəti, imanın rəngini başqa yerdə almaq mümkün deyil".

 

 

İlahiyyatçının sözlərinə əsasən, ömürdə bir dəfə İslam dininin hökmlərinə görə Həccə getmək vacib sayılır.

 

 Ağa Hacıbəyli sonda fikirlərini belə yekunlaşdırıb:

 

"Biz ümid edirik ki, qazi millətimizin evladları İnşəAllah Həccə üzüağ gedəcəklər ,Azərbaycan xalqının salamını çatdıracaqlar .

Oradan da böyük nemətlə ,mənəvi sərvətlə qayıdacaqlar. 

Allah hər bir müsəlmana nəsib eləsin".

 

Tehran Yusifli