Ermənistan KTMT-dən çıxa bilərmi?-Politoloqlardan rəylər

Bölmə: Siyasət › ,
Tarix: 14:57 13.02.2024

Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır.

Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

A. Pankin Ermənistanı təşkilatdan uzaqlaşmaqda və yersiz ifrat tənqidlə bağlı günahlandırıb.

  Bildirək ki, bu Rusiyanın ilk belə bəyanatı deyil.
Bundan öncə də rusiyalı rəsmilər dəfələrlə rəsmi İrəvanın KTMT-dəki rolunu kəskin tənqid ediblər.

Bəs görəsən bu cür gedişatın fonunda Ermənistanın KTMT-dən çıxması baş tuta bilərmi?

Siyasi şərhçi Azər Qasımlı informator.az-a açıqlamasında bunun mümkün olduğunu bildirib.

 

"Proseslər ona doğru gedir. Bu sadəcə vaxt məsələsidir".

 

Müsahib deyir ki, bu məsələdə önəmli olan Paşinyanın iqtidarda qalmasıdır.

 

"Rusiya çalışır ki, Paşinyan iqtidarını devirsin və onu Rusiyaya yaxın birisi ilə əvəz etsin".



Siyasi şərhçi Fuad Şahbazov da saytımıza açıqlamasında məsələyə öz baxışını bildirib:

 

"Ermənistanın KTMT-dən çıxması aktiv şəkildə müzakirə edilsə də real bir şey kimi görünmür".

 

Politoloq qeyd edir ki, hazırda Ermənistanın ərazisində mövcud olan Rusiya hərbi bazası və Rusiya ilə ortaq hava müdafiəsi sisteminin mövcudluğu bu işi daha da mürəkkəb edir.

 

"İndiki halda KTMT ilə bağlı müzakirələr sadəcə Rusiyaya təzyiq vasitəsi və Qərb partnoyrlarına mesaj xarakteri daşıyır".

 

Fuad Şahbazov nəzərə çatdırır ki, Rusiya hələ də Ermənistan daxili siyasətinə təsir etmə mexanizmlərinə malikdir.

 

"Bu Ermənistan üçün destabilizator rolu oynaya bilər".

 

Gülay Qəribova