Trumpun Avropa İttifaqı ilə münasibəti gərginləşə bilər-Fikrət Sadıqov
Bölmə: Siyasət › ,Tarix: 16:10 13.02.2024
Keçmiş ABŞ prezidenti Donald Trump, "Rusiyanı hesabı ödəməyən ölkələrə hücum etməyə təşviq edərdim" açıqlaması ilə avropalıları silkələyib. Avropa alyans üzvlərinin ən böyük qorxusu Trumpun prezident seçiləcəyi təqdirdə Ukraynaya hərbi, siyasi və maliyyə yardımının kəsiləcəyidir. Trumpun iddiasına görə 24 saat ərzində o, Rusiya-Ukrayna müharibəsini bitirəcəyini, dünyada sülhü təmin edəcəyini bildirib.
Bu barədə informator.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Trumpun bu açıqlamasında bir sıra səbəblər olduğunu bildirib.
"İlk növbədə söhbət seçki kompaniyasından gedir. Prezidentliyə seçkilər başlanıb. Artıq çıxışlar səslənir. Çox vaxt Trumpun bəyanatları ziddiyətli olur. Hətta o, prezidentliyi dövründə belə sərt bəyanatlar verirdi".
Politoloq qeyd edir ki, bu o demək deyil ki, Trump bütün bəyanatları həyata keçirəcək.
"Amma hər halda Ukrayna mövzusunda müəyyən dəyişikliklər baş verə bilər. Yəni söhbət maliyyə yardımından, hərbi-texniki əməkdaşlıqdan, yeni texnikaların verilməsindən gedir".
Fikrət Sadıqov eyni zamanda qeyd edir ki, ola bilər ki, Trump yardımları dərhal dayandırmasın.
"Çünki ABŞ-da dövlət başçısından əlavə konqresdə var. Hər bir halda əlbəttə ki, Ağ Ev müəyən dərəcədə Ukraynaya dəstəyini geniş şəkildə nümayiş etdirməyəcək. Çünki bir sıra siyasi dairələr, cəmiyyətin müəyən hissəsi də narazılıq edir. Çünki bu qədər maliyyə yardımı göstərmək və nəticəsini görməmək kimi hallar dairələri qıcıqlandırır".
Müsahib düşünür ki, Trumpun Avropa İttifaqı ilə münasibəti gərginləşə bilər.
"Çünki Trump dəfələrlə deyib ki, Avropa İttifaqının üzvləri ilə bir araya gəlmək üçün Avropa müəyyən güzəştlər etməlidir. Çünki ABŞ əsas sponsordur. Trump hesab edir ki, NATO Ukraynaya ayrıldığı vəsaitdə bizim pullarımız xərclənir. Trump istəyir ki, Avropa bu yardımları özü müstəqil şəkildə etsin. ABŞ-nın burda heç bir rolu olmasın".
Politoloqun sözlərinə görə, təbii ki, seçki qabağı kompaniya gedir.
"Burada müxtəlif bəyanatlar verilir. Amma bunun nə dərəcədə real olduğunu, bizə zaman göstərəcək".
Vüqar Alışov