Valideynlərin peyvənd qorxusu: peyvəndin əks-təsirləri varmı? -Pediatrdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 18:12 13.02.2024

Son vaxtlar ölkəmizdə qızılça xəstəliyinin yayılmasıyla peyvəndlənmənin önəmi bir daha vurğulanır.  Ölkəmizdə  uşaqlara doğumdan 12 saat sonra, 4-7 ci gün,2 aylıq, 3 aylıq, 4 aylıq, 6 aylıq,18 aylıq olduqlarında və 6 yaşlarında müəyyən  peyvəndlər  vurulur.


Lakin ölkədə peyvəndə qarşı olan, əks-təsirinin olduğunu düşünən valideynlər də var, qeyd edək ki, qızılça xəstəliyinin yayılmasıyla bağlı diqqətə çatdırılan məqamlardan biri də peyvənd olunmayan şəxslərin xəstəliyi daha ağır formada keçirməsidir.

Mövzuyla baglı pediatr Dr. Günay Rəsulova  informator.az-a açıqlama edib, O, valideynlərin peyvəndə qarşı olan qorxularından danışıb.

 

"Valideynlərin nəzərdə tutduğu hal dəyişimləri əks-təsir deyil, yan təsirləridir.
Peyvənd olunursa, uşaqda  qızdırma,yerli qızarma reaksiyaları, ağrı, həmin gün ayaq ağrıdığı üçün gəzə bilməmək kimi problemlər görünə bilər"

 

Müsahib həmçinin dərmanın yan təsirinin olduğu kimi peyvənddə də bu hallar olmasının normal olduğunu da bildirir.

 

"Peyvənddən sonra immunitet yarandığı üçün uşaqlarda qızdırma reaksiya kimi görünə bilər. Bu, 3- 5 günə qədər çəkə bilər"

 

Günay Rəsulov deyir ki, bu reaksiyalardan qorxaraq uşağı xəstəlik riski qarşısında qoymaq,peyvənd etdirməmək qətiyyən olmaz.

 

"Peyvəndin yan təsirindən yox, xəstəlikdən qorxmaq lazımdır"

 

Fəridə Əsədzadə