Ermənistan strateji seçim yolundadır-Fazil Mustafa

Bölmə: Siyasət › ,
Tarix: 18:26 13.02.2024

“Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı danışıb:

 

"Rəsmi İrəvan Avropa İttifaqının (Aİ) qurduğu oyunun qurbanına çevrilir. Ermənistanın baş naziri Nikol Paşinyan da bu oyunun içindədir",- deyə o bildirib.

 

İnformator.az- a açıqlaması zamanı bu sözlərə münasibətini bildirən millət vəkili Fazil Mustafa qeyd edir ki, bir qrup xüsusilə də hakimiyyətdə təmsil olunan insanlar strateji seçimi Avropa birliyindən yana edirlər, amma Ermənistan reallığı buna uyğun deyil.

 

 

"Çünki  Ermənistan müstəqil dövlət olma imkanını  çoxdan, xüsusilə də Rusiya ilə olan münasibətlərdə itirib və indi də Rusiyanın bu dövlət üzərində təsir gücü kifayət qədər böyükdür. Bunun da sıxıntıları Ermənistan üçün özünü göstərir. Ona görə də indiki seçilən siyasət real meydançada problemlər yaratmağa başlayır".

 

Deputat bildirir ki, Avropa İttifaqı Ukrayna nümunəsində olduğu kimi əsasən vəd üzərində durur, konkret, real kömək imkanlarına sahib deyillər.

 

Fazil Mustafa  sonda əlavə edir ki, daha doğru seçim etmək və ya tarazılığı saxlamaq lazımdır.

 

"Ermənistan isə tarazılığı saxlamaq siyasətindən uzaqlaşıb ki, bu da ciddi problemlər yaradacaq və Ermənistanın bu siyasəti acınacaqlı nəticələr doğuracaq".

 

 

Çimnaz Məmmədova