İndi bizim əsas məsələmiz, təhdid və təhlükəmiz Ermənistanla yaranan şərti sərhəd üzərindəndir-Hərbi ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:19 13.02.2024
"Terror hadisələri və terror aktları bütün zamanlarda və bütün ərazilərdə əsasən münaqişə bölgəsinə aid olan ərazilərdə həyata keçirilir. Xüsusəndə bu adətən 2-ci, 3-cü ölkənin vətəndaşlarının əli ilə başqa dövlətlərin ərazisində böyük güclərin maraqları olan qüvvələrin ya təsiri, ya diqtəsi, ya da planı altında həyata keçirilir".
Bu sözləri informator.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib. Ekspertin sözlərinə görə terrorun özünün arxasında duran əsas məsələ, mahiyyət hər hansı bir dövlətin başqa bir dövlətdən istədiyinə qorxudaraq nail olmasıdır.
"Qorxuda saxlamaq əhalinin və xüsusən də ölkələrin rəhbərliyinin özlərinin təhlükəsizliyini təmin edə bilməməsi üzərinə bir vəziyyət yaratmaqdır".
Elxan Şıxəliyev qeyd edib ki, təbii ki, indi Azərbaycan bu coğrafiyada təhlükəsizliyimizin təminatını üzərində mümkün ola biləcək terror hallarının həyata keçirilməsinin qarşısını alacaq bir sıra tədbirlər həyata keçirir.
"Bu da iki istiqamətdə baş tutur: Daxili İşlər Nazirliyinin Orqanları və digər bir hissəsi isə xüsusi qaydada Dövlət Təhlükəsizlik Xidmətinin qurumları. Bu, mümkün ola biləcək terror fəaliyyətlərinin təşkilatçılarının planlaşdırmalarının aşkar edilməsi və neytirallaşdırılmasıdır. Bu səbəbdən düşünürəm ki, görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanın daxilində mümkün ola biləcək terror fəaliyyətlərinin icrası minimumdur".
Hərbi ekspert həmçinin qeyd edib ki, heç zaman olmayacaq demək də düzgün deyil.
"Çünki bunun qarantiyasını vermək çox çətindir. Amma görünür ki, maksimum bunun üzərində çalışılır".
Müsahib əlavə edib ki, indi bizim əsas məsələmiz, təhdid və təhlükəmiz Ermənistanla yaranan şərti sərhəd üzərindəndir.
"Düşünürəm ki, yaxın zamanlarda o istiqamətdə Ermənilərin onları dəstəkləyən qüvvələrin, üçüncü ölkənin ərazilərimizə terror qruplaşmalarının da fəaliyyəti olmuş şəxslərin sızdırılmasının qarşısını almaq bir nömrəli, əsas məqsədimiz olacaq".
Elxan Şıxəliyev eyni zamanda bildirib ki, Azərbaycan üçün əsas terror təhlükəsi nəyinki daxildən, xaricdəndir.
"Ona görədə həm yeni yaranmış sərhəd infrastrukturu, həm şərti sərhəd, həm də Ermənistanla vəziyyətin nəzarətə götürülməsi gələcəkdə mümkün ola biləcək terror fəaliyyətlərini minimuma endirmiş ola bilər".
Banuçiçək Kalbalıyeva