Təqdim olunan formulyarların heç biri həqiqəti əks etdirmir-Fikrət Sadıqov

Bölmə: Siyasət › ,
Tarix: 22:51 13.02.2024

"Qarşı tərəfin formulyarları Azərbaycana təqdim etməsi onların əsl aldadıcı xarakter daşıyan bir addımıdır".

 

Bu sözləri politoloq Fikrət Sadıqov Ermənistanın işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair Azərbaycana təqdim etdiyi formulyarlarla bağlı informator.az-a açıqlamasında bildirir.

 

"Onlar bundan əvvəldə 25%-lə düzgünlük təşkil edən xəritələri veriblər və bunun nəticəsi olaraq  dinc əhali, xidməti əməkdaşlar, hərbçilərimiz mina qurbanı olub. İndi yenə görünür ki, dünyaya sülhməramlıqlarını nümayiş etdirmək istəyirlər,eləcə də sazişə imza atmamaq üçün müddəti uzadırlar".

 

Politoloq deyir ki, onlar artıq anlayırlar ki, belə olmasa, təsir vasitələri zamanla tükənəcək, bu prosesləri öz lehinə həll etmələri üçün heç bir səbəb qalmayacaq.

 

"Ekspertlərin rəyinə əsaslanaraq deyə bilirəm ki, təqdim olunan formulyarların hər biri müəyyən dərəcədə saxtadır, həqiqəti əks etdirmir. Eyni zamanda xəritədə adı çəkilən ərazilərlə yanaşı, digər ərazilərdə də əlavə basdırılan minalar mövcuddur ki, qarşı tərəf də sözügedən əraziləri xəritədə göstərərək, düzgünlüyü ilə təqdim etməlidir".

 

Aytac Kərimova