Bakıda daha bir velosiped zolağı çəkilib

Bölmə: Sosial › ,
Tarix: 09:03 14.02.2024

Yolla bağlı çətinlikləriniz yavaş-yavaş aradan qalxır. Bakının mərkəzi küçələrindən birinə daha bir velosiped zolağı çəkilib. 28 may ərazisində çəkilən velosiped zolaqlarından biri Azadlıq prospektinə çəkilib, metrostansiyanın yaxınlığındadır. İki tərəfli zolaqdır, yəni həm gediş, həm də gəliş üçün nəzərdə tutulub. 

 

Ekspertlər də deyir ki, şəhərdə velosiped zolaqlarının çəkilməsi təqdirəlayiq addımdır, amma əraziyə uyğun olaraq müəyyən standartlar nəzərə alınmalıdır. Nəqliyyat eksperti Aslan Əsədov qeyd edib ki, həm ictimai şəxslərin istifadə etdiyi, yəni piyadaların daha çox istifadə etdiyi yer, o cümlədən avtomobillərin istifadə etdiyi yer və bura biz əlavə yüklənmə gətirdikdə isə burda tamamilə nəqliyyatın hərəkətində bir pozuntuluq əmələ gəlir. 

 

"Hərəkət iştirakçılarına naraharçılıq yaratmamaq şərti ilə o ərazidə yeni infrastrukturu qurmaq olar".

 

Rəsmi qurumdan isə bildirildi ki, gələcəkdə proses davam etdikcə, bu məsələlər nəzərə alınacaq. AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, layihənin ilkin mərhələsi əsasən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edir.

 

"Belə ki, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti və Fikrət Əmirov küçələrini əhatə edir. Hazırda işlər Azadlıq prospektinin Fizuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişmıəsində aparılır. Ümumilikdə 3300 metr ərazidə nişanlanma xətləri çəkilib və müvafiq nişanlar əraziyə quraşdırılıb.

 

Qeyd edək ki, bu nişanları nəzərə almayanlar, velosiped zolağında qanunsuz parklanma edən avtomobil sürücülərini 40 manat məbləğində cərimə gözləyir.