14 Fevral "Beynəlxalq Kitab Bağışlama" günüdür

Bölmə: Sosial › ,
Tarix: 13:55 14.02.2024

"Beynəlxalq Kitab Bağışlama" gününü  14 fevral 2012-ci ildə ABŞ-də məşhur "Delightful Children's Books" uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor yaradıb.

 

Kitablar tükənməz bilik mənbəyidir. Kitabların həyatımızdakı rolunu qiymətləndirmək çox çətindir.

 

Kitab bizim uşaqlıqdan dostumuz olur və həyatımız boyu bizi müşayiət edir. İstər  uşaqlıqda bizə oxunan nağıllar olsun, istər bədii ədəbiyyat, istərsə də tədris ədəbiyyatı, bu və ya digər şəkildə kitablar bizə ətraf aləmi, insan mahiyyətini öyrənməyə kömək edir.

 

Maksim Qorki deyib : "Mən hər şeyi kitaba borcluyam". Böyük yazıçının bu sitat ilə bizə çatdırmaq istədiyi fikir odur ki, kitab insanı dəyişdirir.

 

Kitab bəzən girdiyimiz çətin yoldan çıxa bilmədikdə bizə yardım əlini uzadır. Çətin anlarımızda nəsihət verə bilir, bizə fərqli düşünməyi öyrədir, hətta bizi keçmişə və gələcəyə aparır.

 

Məqaləmi Azərbaycanın xalq şairi Səməd Vurğunun kitab haqqında dediyi fikri ilə tamamlayıram:

 

"Kitabsız bir ömrün nə mənası var?"

 

Lalə Qafarova