Ermənistan ərazi iddialarını aradan qaldırmadığı müddətcə, sülh sazişinin imzalanması gecikəcək-Politoloqdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 19:22 14.02.2024

Dövlət başçısı İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin xahişi üzərinə Ermənistanın Baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib. Bəs, Şarl Mişel üçün bu görüş niyə vacibdir? Paşinyanın Ermənistan Konstitusiyasını yeniləməsi gözləniləndirmi?

 

Mövzu ilə bağlıpolitoloq Amid Əliyev informator.az-a açıqlama edib. O, bildirib ki, yenidən Brüssel platforması üzrə görüşlərin keçirilməsi daha çox AB Şurası üçün vacibdir. 

 

"Belə ki, məhz onun vasitəçiliyi ilə bir sıra mühüm məsələlər üzrə razılıqlar əldə edilib və Fransa ilə Almaniya bu oyuna daxil olana kimi addımlar ardıcıl və hədəfə istiqamətlə idi. Lakin Fransanın yersiz müdaxiləsi, Azərbaycana qarşı ədalətsiz mövqeyi və Ermənistanı dəstəkləyən birtərəfli mövqeyi Brüssel platformasının əhəmiyyətini itirdi".

 

Politoloq qeyd edib ki, həmin dövrdə Azərbaycan oyun qaydalarını pozmayıb.

 

"Həmin dövr ərzində əslində Azərbaycan hər zaman əldə edilmiş razılıqlara sadiq qaldı, oyun qaydalarını pozmadı. Lakin Brüsselin sonradan üçtərəfli formata Fransa və Almaniyanı da daxil etməsi sonda bütünlükdə sülh danışıqlarını tormozladı".

 

Amid Əliyev eyni zamanda bildirib ki, bu dəfə Azərbaycan öz demokratik və humanist prinsiplərinə sadiq qalaraq görüşlərin Brüssel formatında keçirilmə ehtimalının olmasına razılıq verib.

 

"Amma Fransanın iştirakı olmadan və Brüsselin tərəf saxlamadan ədalətli mövqe nümayiş etdirmək şərti qüvvədəydi. Rəsmi Bakı hər zaman istənilən platformada və məkanda sülh danışıqlarının aparılmasının mümkünlüyün bəyan edib. Yetər ki, danışıqların mövzusu Azərbaycana qarşı təzyiq olmasın və Azərbaycanın milli maraqları və təhlükəsizliyi sual altına düşməsin. İndiki məqamda da Şarl Mişelin simasında bu cənfəşanlığın göstərilməsi heç də əbəs deyil. Bu il seçkilərin keçirilməsini nəzərə alsaq, Ş.Mişel səlahiyyət müddəti bitənədək bu məsələni Brüssel çərşivəsində həll etməkdə israrlı görünür. Buna görə də Mişel ciddi cəhdlə yenidən Brüssel vasitəçiliyini gündəmə gətirir".

 

Politoloq onu da qeyd edib ki, Ermənistan ərazi iddialarını aradan qaldırmadığı müddətcə, sülh sazişinin imzalanması gecikəcək.

 

"Ermənistan tərəfindən isə son günlər daha çox müzakirə olunan dövlət atributlarının dəyişdirilməsi məsələsi daha çox müzakirə olunan məsələlərdən hesab olunur. Ermənistanın siyasi hakimiyyəti gözəl başa düşür ki, onun hüquqi normativ aktlarında nəinki Azərbaycan, Türkiyəyə qarşı olan ərazi iddialarını özündə əks etdirən elementlər aradan qaldırılmayana qədər sülh sazişinin imzalanması üfüqdə görünmür. Və ya əksinə belə olarsa, imzalanmış sülh sazişi tam hüquqi qarantor rolunda çıxış edə bilməyəcək. Bu isə öz növbəsində yeni təhdid, təxribar və sinda müharibə təhlükəsi vəd edir. Buna görə də Ermənistan bu məsələdə ciddi addımların atılmasında olduqca israrlı görünür".

 

Siyasi şərhçi, qısa müddət ərzində Ermənistanda və onun ətrafında baş verən siyasi proseslərdən məsələnin hansı məcrada inkişaf edəcəyini görə biləciyimizi düşünür.

 

Gülay Qəribova