Baydenin siyasi ritorikası: Rusiyanın gözləntisi nədir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 18:43 15.02.2024

BBC News xəbər saytında Putin ABŞ prezidenti Jo Baydeni dəstəklədiyini bildirib. O, Baydeni "təcrübəli, öngərən" və eləcə də köhnə siyasətçi kimi təsvir edib.

 

Bu barədə informator.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib ki, bilindiyi kimi 2016-cı il Donald Trump prezident seçildikdən sonra Vladimir Putinlə kifayət qədər yaxşı əlaqələr qurdu.

 

"Hər nə qədər biz Rusiyanın xarici siyasətdə son illərdə Çin və İranla yaxınlaşdığını görsəkdə ancaq ABŞ və Rusiya arasında 1946 cı ildə soyuq müharibə dövründən başlayaraq çox ayrı bir siyasi dinamika var. Trumpun İrana və Çinə qarşı tətbiq etdiyi təzyiq siyasətinə baxdığımızda Moskva bu siyasətə çoxda qarışmır. Çünki Vaşinqton və Moskvanın özünün ayrı bir xətti var idi".

 

Politoloq qeyd edir ki, 2020-ci il seçkilərində demokratların namizədi Co Bayden iqtidara gəldi və o, ABŞ tarixinin ən yaşlı prezidentlərindən biridir.

 

"Əslində soyuq müharibə dövrünün siyasətçisidir. Və əsas siyasi təcrübəsində və aktiv illərində bu dövrdə həyata keçirib. Vladimir Putin də soyuq müharibə dövrünü çox yaxşı bilir, o dövrdə yaşayıb və çox yaxşı tədqiq edib. Putin Baydenin aşağı-yuxarı siyasi ritorikasının, siyasi həmlələrini,siyasi adımlarını çox yaxşı qavrayır".

 

Kazım Kazımov əlavə edir ki, belə demək mümkündürsə, artıq Rusiyada demokratların Baydenin iqtidarına qarşı bir immunitet formalaşıb.

 

"Ancaq Putində bunu deyib və bizdə baxdığımızda görürük ki, Trump sağı-solu bilinməyən bir siyasətçidir. Trump Ukraniya-Rusiya müharibəsində hansı addımları atacağı mücərrəddir. Çünki açıqlamalarına baxdıqda görürük ki, Trump deyir ki, "Rusiyanı az ödəniş edən NATO ölkələrinə hücuma təşviq edəcəm".

 

Şərhçinin sözlərinə görə, bəlkə də Trump Avropada ABŞ nüfuzunu gücləndirmək üçün və Rusiyanı daha çox zəiflətmək üçün həmçinin, şərqi Avropada Müharibəni genişləndirmək siyasətində yürüdə bilər.

 

"Bu da təbii ki, Putinin istəmədiyi bir şeydir. Rusiya bu dəfə daha çox öz maddi, hərbi və digər qaynaqlarını istifadə edəcək və daha uzun müddətli bir müharibəyə gedəcək".

 

Müsahib hesab edir ki, Co Baydenin hakimiyyəti və hazırki siyasi vəziyyət Putini kifayət qədər məmnun edir.

 

"Əlbəttə ki, ABŞ-ın Ukraynaya dəstəyi var, Avropada anti-Rusiya ab-havasını gücləndirir. Lakin Trumpda gəlsə,belə davam edəcək. Hər nə qədər Trump Rusiya ilə yaxşı münasibətlər saxlasa da, ABŞ-ın dövlət siyasətini köklü olaraq dəyişdirə bilməz. Və bu gələcəkdə ABŞ-ında beynəlxalq gücünün azalmağına gətirib çıxara biləcək amilə çevrilər".

 

Politoloq eyni zamanda əlavə edir ki, Putin burada çox qəribə bir şəkildə tərs məntiq siyasətində həyata keçirə bilər.

 

"Onsuz reytinqlərə baxdıqda Trumpun bugün reytinqi Co Baydendən daha üstün olduğunu görürük. Buna görə də bəlkə də burada Rus lider hansısa manipulyasiya edici bir çıxışda edə bilər".

 

Müsahib sonda vurğulayır ki, nəticə etibarı ilə hadisələrin necə gerçəkləşəcəyini noyabr ayındakı ABŞ prezident seçkiləri göstərəcək. 

 

"Rusiyanın da burada ki, əsas gözləntisi, Rusiyanın şərtlərinin Ukraynaya qəbul etdirilməsi və bu çərçivədə bir sülh müqaviləsinin imzalanmasıdır. ABŞ-ın buna münasibətini gələcək göstərəcək".

 

 

Vüqar Alışov