Xəzərdə suyun səviyyəsi niyə azalır?-Ekoloqdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:02 15.02.2024
Xəzər dənizi yer kürəsində ən böyük qapalı su hövzəsidir. İqlim dəyişikliyi səbəbi ilə Xəzər dənizində suyun səviyyəsi azalır.
Məsələyə ekoloq Rövşən Abbasov informator.az-a açıqlamasında aydınlıq gətirib. O, bildirib ki, Xəzər dənizi qapalı bir göldür.
"Qapalı göllərin də səviyyəsinin enib-qalxması normaldır, çünki qapalı gölərə axan çaylarda suyun səviyyəsi həmişə eyni olmur, bu çaylarda su gah artır, gah da azalır və buxarlanma da təxminən eyni olduğu üçün dənizin, gölün səviyyəsi enib-qalxır".
Ekoloq qeyd edib ki, ötən yüzillikdə Xəzər dənizində ən aşağı səviyyə 1977-ci ildə olub və bu zaman səviyyə təxminəm -29m çatıb.
"O zaman belə fikirlər var idi ki, Xəzər dənizi tamamilə quruyacaq. Lakin gözlənilmədən Xəzər dənizində artım müşahidə olundu və bu artım davamlı olaraq, 1995-ci ilə qədər davam etdi. 1995-ci ildə Xəzərdə səviyyə -26 metrə qədər artıb. Bu Azərbaycanın sahil infrasturkturuna, yaşayış məntəqələrinə ciddi ziyan vurdu.Məsələn:Neftçalada bəzi yarımadalar var idi ki, onlar tamamilə suyun altında qalaraq adaya çevrildi və əhalinin ordan kütləvi immiqrasiyası baş verdi. Buna misal olaraq, Neftçalanın şərqində olan Kür dili adlı adanı göstərmək olar. Lənkəranda da belə bir hadisələr baş verib".
Rövşən Abbasov eyni zamanda qeyd edib ki, 1995-ci ildən sonra Xəzərin səviyyəsi tədricən enməyə başladı və bu günə qədər də bu enmələr davam edir.
"Mütəxəsislərin fikirincə, hazırki enmələr daha uzun müddətli ola bilər, çünki burda iqlim dəyişikliyinin təsiri var, Kür hövzəsində, Volqa hövzəsində suya olan tələbatın artmasının problemləri var və bu problemlər fonunda gələcəkdə Xəzərin səviyyəsinin daha çox aşağı enə bilər, hətta -33 metrə qədər azala bilər".
Müsahibin onu da bildirib ki, enmənin qarşısını almaq üçün hökmən adaptasiya tədbirləri həyata keçirilməlidir.
"Biz Xəzərin həm yuxarı səviyyəsinə,həm də aşağı səviyyəsinə uyğunlaşmalıyıq. İndi Xəzər geriyə çəkilir, bu o demək deyil ki, boş qalan ərazilərdə yeni infrastruktur tikməliyik, qətiyyən buna yol vermək olmaz. Əksinə həmin əraziləri boş saxlamaq lazımdır ki, gələcəkdə Xəzərin səviyyəsində artım müşahidə olunacaq".
Ekoloq əlavə edib ki, hazırda BMT-nin İnkişaf Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə həyata keçirdiyi milli adaptasiya proqramına dəstək layihəsi var. Orda Xəzər dənizin səviyyəsinin enib-qalxmasına uyğunlaşma tədbirləri nəzərdə tutulur.
"Kifayət qədər ciddi problemlər yarandıqda, məsələn: Şüvəlanda şimal drez soyutma suyunu Xəzərdən götürə bilmirdi artıq onu adaptasiya etdilər. Daha sonra gəmilərin yan almasında problemlər meydana çıxır, çünki dayazlığlar əmələ gəlir. Ola bilər ki, gələcəkdə Ələt limanında gəmilər sahilə yaxınlaşa bilməsin. Bunun qarşısın almaq üçün liman dənizin içərilərinə çəkilə bilər. Dənizin sudan azada olmuş ərazilərində təklif oluna bilər ki, yaşıllıqlar salınsın ki, gələcəkdə qum və duz fırtınaları baş verməsin".
Rövşən Abbasovun sözlərinə görə, Xəzərin səviyyəsinin azalması balıqçılıq sektoruna da zərər vuracaq.
Ekoloq sonda əlavə edib ki, ümid edirik ki, dünya ölkələrinin həyata keçirdiyi bu mübarizə tədbirləri iqlim dəyişmələrinin qarşısını alacağ və Xəzər dənizində yenidən həyat qaynayacağ, Xəzərə axan çayların səviyyəsi artacağ, yağışların miqdarı yenidən artacağ. Beləliklə, Xəzər dənizinin səviyyəsi yenidən artmağa başlayacaq.
İlhamə Nurəhmədova