Əhməd azadlığa buraxıla bilər?-Hüquqşünas RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 19:28 17.02.2024

Bakı şəhər sakini, 25 yaşlı Əhməd Əhmədovun atasını, anasını, azyaşlı qardaşını, bacısını və bacısının azyaşlı övladını xüsusi amansızlıqla öldürməsi xəbəri bütün Azərbaycanı sarsıtdı. 

 

İddia olunur ki, Əhməd idman yarışlarının birində başından zədə alıb və bundan sonra onda psixi pozğunluq yaranıb. Dəhşətli cinayəti də anlaqsız vəziyyətdə törədib.

 

Lakin onun psixi xəstə olmasına dair rəsmi heç bir sənəd yoxdur.

 

Əhməd Əhmədov ruhi xəstə olduğu iddiası isbatlanarsa, azadlığa buraxıla bilər?

 

Hüquqşünas Esmira Rzayeva "İnformator.az"a açıqlamasında bildirib ki, həkim-psixiatrın rəyinə, müalicə aldığı müəssisənin rəhbərliyinin təqdimatına və məhkəmə qərarına əsasən, şəxsin sağaldığı müəyyən olunarsa, o zaman onun cəzasının qalan hissəsinin çəkilib-çəkilməməsinə məhkəmə qərar verəcək.

"Əhmədin xəstəliyi müəyən olunmasa, normalda ona azadlıqdan məhrum edilmə cəzası veriləcək. Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən bir neçə şəxsin xüsusi amansızlıqla ölümünə səbəb olan şəxs 14 ildən 20 ilədək azadlıqdan məhrum edilir. Əks təqdirdə isə məcburi müalicə təyin olunacaq. Müalicənin müddəti isə cinayətin ağırlığından asılı olaraq təyin olunur".

 

Hüquqşünasın fikrincə, Ə.Əhmədov affekt vəziyyətinə düşməyib. E. Rzayeva onun bu addımı öncədən düşündüyünü hesab edir.

 

Vüqar Alışov