Vətəndaş məmnunluğu layihəmizdə əsas prioritetdir

Bölmə: Sosial › ,
Tarix: 11:42 18.02.2024

"Ümumiyyətlə, yenilik, novatorluq şəhər mühitinə müsbət ab-hava gətirir və təşkili əhalinin yaşayış meyarına təsir edərək, Bakı ətrafı qəsəbələrdə şəhərin mərkəzi, mərkəzi rayonları ilə əhatəni genişləndirir, təhsil ocaqlarına gediş-gəlişin təminatında özünü göstərir".

 

Bu sözləri nəqliyyat eksperti Aslan Əsədov "Yeni yol" layihəsinin təqdimatında "İnformator.az"a açıqlamasında söyləyib.

 

Ekspert bildirib ki, şəhərin mərkəzi hissəsində marşrut sistemi yenilənib, lakin, müəyyən problemli şəhər ətrafı qəsəbələr üçün problemlər qalmağa davam edir:

 

"Buna da əsas səbəb, həmin ərazilərdə bir-birilə birləşəcək yollar demək olarki, yoxdur, eləcə də bir-birini əlaqələndirəcək dayanıqlı marşrut sistemləri zəifdir, ən pis halda yoxdur. Xüsusən, marşrut sistemləri metro zaman prinsipiləri ilə çalışdıqlarından bir sıra ictimai nəqliyyatlarda sakinlər problem yaşaya bilirlər. Çıxış yolu olaraq isə, sahibkara müraciət və dövlətin sahibkar subyektlərinə vakasiyası və dəstəyi ilə məsələni həll yoluna qoymaq olar. 

Bakı ətrafı kəndlərdə, bir sıra ərazilərdə işıqforun olmaması yoldan iatifadə zamanı həyatını itirmə, xəsarət alma kimi acınacaqlı hallar yolların işıqlandırılmayan ərazilərində, əsasən, baş verir. Xüsusən, iqlimin soyuq aylarında yaşanan problemlərdəndir. Bu zaman piyada sürücünün onu gördüyünü zənn edir, lakin bu belə olmur və subniminal göz foksu nəticəsində xəsarət, yaralanma və ya vətəndaş itkisi kimi hallar yaşanır. İnsan kapitalı da hər bir dövlət üçün başlıca kapital hesab olunduğundan, həmin əraziləri başlıca işıqlandırılması daha sonra isə piyada zolaqlarının düzgün çəkilişi nəzərə alınmalı, hər biri ahəng təşkil etməlidir. Ən əsası yol təhlükəsizlik qaydalarına əməl olunaraq bir mənalı şəkildə bu problemlər həll oluna bilər".

 

Ekspertin sözlərinə görə, yeni layihələrdə birinci növbədə vətəndaş məmnunluğunun yaradılması, gediş-gəlişinin alternativliyi kimi yenidənqurmalar yaxın gələcəkdə prioritet olaraq yer ala bilər.

 

Aytac Kərimova