Səhvən başqa karta köçürülən pulu necə qaytarmaq olar?
Bölmə: Sosial › ,Tarix: 21:22 19.02.2024
Son vaxtlar vətəndaşların bank kartlarına səhvən pul köçürmələrinin sayı artır. Amma qəbzdə karta pul köçürənlərlə bağlı heç bir məlumat göstərilmir.
Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov məlumat verib:
"Belə hal baş verdikdə vətəndaş öz bankına müraciət etməlidir və öyrənməlidir ki, pul hansı bankdan və ya hesabdan göndərilib. Daha sonra banka müraciət edib pulu qaytara bilər. Lakin pulu tam qaytarmasın çünki qaytardığına görə bank ondan xidmət haqqı tutacaq. Əgər pulu tam geri qaytararsa, ya banka müraciət etməlidir ki, xidmət haqqı puldan çıxılsın, ya da xidmət haqqını özü ödəməli olacaq".
İlhamə Nurəhmədova