Bakıda İƏT-ə üzv ölkələrin turoperatorlarının forumları keçiriləcək-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › , Mədəniyyət › ,
Tarix: 22:44 28.02.2024

Azərbaycanda yaxın aylarda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turoperatorlarının forumunun keçirilməsi planlaşdırılır.


"İnformator.az" Dövlət Turizm Agentliyinin məlumatına əsasən, bildirir ki, Bakıda keçiriləcək tədbir 2 gün davam edəcək.

 


Saytımıza açıqlama edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev İƏT- in ölkəmiz, təşkilata üzv olan digər ölkələr üçün əhəmiyyəti, keçiriləcək forum barədə fikirlərini bildirib:

 

"Azərbaycan da İqtisadi Əməkdaşlıq Təşkilatına  üzvdür. Bu təşkilat regional dövlətlər üçün əməkdaşlıq baxımından Azərbaycan üçün  əhəmiyyətlidir,  ticarət, investisiya, nəqliyyat, kommunikasiya, turizm, enerji, kənd təsərrüfatı, sənaye kimi sahələrdə iqtisadiyyatın inkişafında böyük rolu var. O cümlədən,  İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin turizm sahəsində əməkdaşlığı da nəzərdə tutulur".

 


Müsahibin sözlərinə görə,  bu təşkilatın Azərbaycan üçün önəmi budur ki, burada turizm əməkdaşlığı çərçivəsində turizm  sektorunda brendləşmə, xüsusilə, üzv ölkələr arasında turizm gediş-gəlişlərinin, turizm məhsullarının, servislərinin artırılması, mütəxəssislərin yetişdirilməsi, o cümlədən, bu ölkələr arasında investisiyanın yatırılması həyata keçirilir.

 

"Bu, üzv ölkələr,  Türkiyə,  Azərbaycan, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanistan və Pakistan arasında turizmin inkişafına imkan verəcək. Azərbaycan  turizm imkanı baxmından məhz bu ölkələrdən, xüsusilə Türkiyədən Azərbaycana gələnlər oldu, İrandan ənənəvi bayramlarda gediş-gəlişlər olur. Azərbaycanın da sadalanılan 10 ölkəylə əlaqələrinin genişlənməsinə imkan yarana bilər".

 



Nəzrin Mirzəyeva