Tehranda ilanın başını vurandan sonra

Tarix: 09:32 02.07.2025
İsrail Yəmənə yeni zərbələr endirmək niyyətindədir.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz Husi üsyançılarının növbəti raket hücumundan sonra X səhifəsində yazıb.
"Tehranda ilanın başını vurandan sonra Yəməndə də ilanın quyruğunu vuracağıq. İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək", - deyə o bildirib.
Katz vurğulayıb ki, İsrail İranla necə davranırsa, Yəmənlə də eyni şəkildə davranmaq niyyətindədir.