"Bu hal dövlətimizin təhsilə qayğısının göstəricisidir"-Deputat RƏYİ
Bölmə: Sosial › ,Tarix: 21:38 29.02.2024
Ombudsman Səbinə Əliyeva dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasını və tələbə yataqxanalarının tikilməsini təklif edib.
Məsələ ilə bağlı Milli Məclisin üzvü Ceyhun Məmmədov informator.az-a açıqlama verib. Millət vəkili qeyd edir ki, hər il dövlət səviyyəsində dövlət sifarişli yerlər artırılır:
"Universitetlərdə təhsil alan tələbələrin yarısından çoxu dövlət sifarişli təhsil alırlar. Bu hal dövlətimizin təhsilə, təhsil sahəsinə qayğı və diqqətinin göstəricisidir.
Yataqxana məsələsi bugün gənclər üçün ciddi çətinliklər yaradır. Azərbaycan təhsilində həllini gözləyən ən vacib məsələlərdən biri yataqxana məsələsidir. Bu məsələ gənclər üçün çətinliklər yaradır. Bu çətinliklərin aradan qaldırılması üçün yataqxanaların sayı artırılmalıdır".
Zeynəb Mustafazadə