Sürücü səhlənkarlığı qadının avtobusdan yıxılmasına səbəb oldu

Bölmə: Hadisə › ,
Tarix: 21:31 29.04.2024

Adanada avtobusun açıq qapısından yıxılan yaşlı qadının ölümünə səbəb olduqdan sonra şərti azadlığa buraxılan sürücü yenidən saxlanılıb. Sürücü həbs edilib. Sürücü ifadəsində "Sürətim 20-30 kilometr idi. Yenicə hərəkət etdiyim üçün qapını bağlamaq imkanım olmadı. Qəzada tək günahım qapının açıq olması idi" söyləyib.

 

Aprelin 24-də Xədicə Sabahi (75) xəstəxanadan qayıtdıqdan sonra mindiyi xüsusi ictimai avtobusun açıq qapısından gediş haqqını ödəmək üçün ayağa qalxarkən müvazinətini itirərək yıxılıb. Ağır yaralanan və 4 gün həyat mübarizəsi aparan Sabahi dünən axşam saatlarında dünyasını dəyişib. Sabahi dəfn edilərkən, hadisədən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan sürücü Vedat K. bu gün yenidən saxlanılaraq ədliyyəyə göndərilib. Vedat K. növbətçi məhkəmə tərəfindən həbs edilib. Sürücü Vedat K. ifadəsində "Sürətim 20-30 kilometr idi. Yeni hərəkət etdiyim üçün qapını bağlamağa imkanım olmadı. Qəzada tək günahım qapının açıq olması idi" dedi.

 

Mənbə: Haberler

Zeynəb Mustafazadə