Qadınlar final mərhələsində

Bölmə: İdman › ,
Tarix: 23:00 11.07.2024

Mövsümün üçüncü böyük dəbilqə tennis turniri olan Uimbldonda qadınlar arasında 7 nömrəli tennisçi Jasmine Paolini və 31 nömrəli tennisçi Barbora Krejcikova finala yüksəlib.

 

Paytaxt Londonda keçirilən turnir qadınların fərdi yarışlarında yarımfinal görüşləri ilə davam edib.

 

 

Bu il Fransa Açıq Çempionatında karyerasının ilk böyük dəbilqə finalını keçirən Jasmine Paolini  ilə təsnifatda 37-ci olan Donna Vekiç arasında keçirilən görüş möhtəşəm rəqabətə şahidlik edib.

 

İlk seti 6-2 hesabı ilə uduzan Paolini ikinci seti 6-4, final setini isə 7-6 qazanaraq 2 saat 51 dəqiqənin sonunda kortdan 2-1 hesablı qələbə ilə ayrılıb.

 

2022-ci ilin çempionu Yelena Rıbakinanı (4) 2-1 (3-6, 6-3, 6-4) hesabı ilə məğlub edən Barbora Krejcikova (31) də 2021-ci ildə Fransa Açıq çempionatından sonra karyerasının ikinci böyük dəbilqə finalına yüksəldi. 

 

Zəhra Həsənova