“Zirə” ilk oyunda “Şerif”ə qalib gəldi

Tarix: 12:51 12.07.2024
UEFA Avropa Liqasının I turunun ilk görüşü çərçivəsində "Şerif" (Moldova) - "Zirə" matçı start götürüb.
"İnformator.az" xəbər verir ki, qarşılaşma Tiraspol şəhərindəki "Şerif Arena"da keçirilir.
Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edirdi.
88-ci dəqiqədə "Zirə"nin oyunçusu Davit Volkov hesabı açıb: 0 - 1
Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 0:1.
Matçda yeganə qolu 88-ci dəqiqədə Davit Volkov rəqibin qapısından keçirib.
Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə 18 iyul “Liv Bona Dea Arena"-da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Məhəmməd Qasımov