Qabriel Paulista: "Qalibiyyət ruhumu Beşiktaşa əks etdirmək istəyirəm..."

Bölmə: İdman › ,
Tarix: 17:20 12.07.2024

"Beşiktaş"ın bu mövsüm heyətinə qatdığı ilk ad olan braziliyalı futbolçu Qabriel Paulista ağ-qara komandanın Sloveniyanın Maribor şəhərində düşərgə saldığı oteldə mətbuata açıqlama verib.

 

Qabriel Paulista yeni transferlərdən hər zaman böyük gözləntilərin olduğunu qeyd edərək, "Böyük komandalarda hər zaman təzyiq olur, bu çox normaldır. Yaxşı karyerası olan futbolçular üzərində daha çox təzyiq olur. Məndən gözləntilərin fərqindəyəm.Beşiktaş üçün hər matçda qabiliyyətimi göstərmək istəyirəm. Liqa, kubok və Çempionlar Liqasına qatılmaq üçün mübarizə aparmaq məcburiyyətindəyik" dedi.

 

Meydanda liderlik keyfiyyətinə sahib olduğunu bildirən Paulista, "Karyeram boyu çox çalışan oyunçu olmuşam. Həmişə böyük komandalarda oynamışam. Yenidən böyük komandada oynayıram. Özümü inkişaf etdirmək üçün daim çalışıram. Təcrübələrimi gənclərə çatdırıram ki, mən meydanda və meydandan kənarda liderəm".

 

TRT Haber

Zəhra Həsənova