AVRO 2024-ün qalibi bəlli oldu

Tarix: 06:06 15.07.2024
Avronun final mərhələsində İspaniya və İngiltərə milli komandaları üz-üzə gəlib. Bu görüşdə İspaniya qalib gəldi.
"İnformator.az" xəbər verir ki, matç Almaniyanın Berlin şəhərində keçirilib. Matçı fransız referi "François Letexier" idarə edib. Gərgin keçən görüşdə ilk fərqlənən İspan yığmasının "Nikolas Uilyams" adlı futbolçusu oldu.
Matç 2-1 hesabı ilə bitib.
47' 1-0 Nikolas Uilyams
73' 1-1 Kol Palmer
86' 2-1 Mikel Oyarzabal
Qeyd edək ki, İngiltərə tarixində heç vaxt Avropa Çempionatının qalibi olmayıb, onların ən yaxşı göstəricisi 2021-ci il finalında İtaliyaya qarşı məğlubiyyətlə ikincilik olub.
İspaniya milli komandası isə dördüncü dəfə bu kubokun sahibi oldu.
Məhəmməd Qasımov