Amerika Kubokunun qalibi bəlli oldu

Tarix: 08:13 15.07.2024
Amerika Kubokunun final mərhələsində Argentina və Kolumbiya milli komandaları üz-üzə gəlib. Bu mübarizədən Argentina yığması qalib ayrıldı.
"İnformator.az" xəbər verir ki, matç Florida ştatındakı "Hard Rock" stadionunda keçirildi. Görüşü Brazilyalı referi "Rafael Klaus" idarə edirdi.
Oyun 90 dəqiqə bərabərliklə keçdi, matçda hesabı 112-ci dəqiqədə Argentina millisinin futbolçusu "Lautaro Martinez" açdı.
Matç Argentinanın 1-0 hesablı qələbəsi ilə sonlandı.
112' 1-0 Lautaro Martinez
Qeyd edək ki, Kolumbiya milli komandası 28 oyundur naməğlub irəliləyirdi. Bu görüşdə onların iki illik seriyasına son qoyuldu. Argentina milli komandası son 63 oyunda sadəcə 3 məğlubiyyətlə üzləşib.
Məhəmməd Qasımov