2025 Finalissima müəyyənləşdi

Tarix: 10:08 15.07.2024
Amerika Kubokunun 2024-cü il qalibi Argentina və Avro-2024-ün qalibi İspaniya gələn il kubok uğrunda üz-üzə gələcək.
İlk Finalissima - və ya "böyük final" - 2022-ci ildə oynanıldı, İtaliya və Argentina "Uembli" stadionunda ilk Finalissimada oynadılar, Lionel Messinin başçılıq etdiyi Argentina 0-3 hesabı ilə qalib gəldi, lakin UEFA və KONMEBOL-da ən yaxşı komandaların üz-üzə gəlməsi ənənəsi 1985-ci ildən başlayır. Əvvəllər adı Artemyo Françi Kuboku idi. Həmin il Fransa və Uruqvay yığmaları üz-üzə gəldi və Fransa 2-0 hesabı ilə qarşılaşmadan qalib ayrıldı.
Mənbə: Sporting News
Məhəmməd Qasımov