Ölənlərin sayı yeddiyə çatıb

Bölmə: Hadisə › ,
Tarix: 14:24 19.05.2015

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:00 olan son məlumatlara əsasən 20 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, bunlardan 14-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 3 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 7 nəfərdir. Digər 6 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.