Rusiya: Ukrayna 144 PUA ilə Moskva da daxil olmaqla Rusiya ərazisinə hücum etdi
Bölmə: Dünya › ,Tarix: 16:24 10.09.2024
Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxt Moskva da daxil olmaqla Rusiya ərazisinə 144 PUA hücumu həyata keçirdiyini qeyd edib.
Rusiya rəsmiləri Ukraynanın paytaxt Moskva da daxil olmaqla Rusiya ərazisinə 144 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini və bir uşağın öldüyünü bildirib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın PUA-larla Rusiya ərazisindəki elementlərə hücum etməyə cəhd etdiyi deyilib.
Açıqlamada 144 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 20-nin isə Moskva vilayətində vurulduğu bildirilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bölgədə pilotsuz təyyarənin yaşayış binasına çırpılması nəticəsində bir uşağın öldüyünü, 4 nəfərin yaralandığını açıqlayıb.
Rusiya Federal Aviasiya Agentliyindən (Rosaviatsiya) edilən yazılı açıqlamada, mülki təyyarələrin təhlükəsizliyi ilə əlaqədar Moskva hava limanlarında uçuşların müvəqqəti olaraq məhdudlaşdırıldığı qeyd edib.
Mənbə: HABERTÜRK
Elnurə Kərimova