ABŞ senatoru Sanders: Amerika İsrailə pul vermənin səhv olduğunu gördü
Bölmə: Dünya › ,Tarix: 15:40 20.09.2024
ABŞ-ın müstəqil senatoru Bernie Sanders X sosial media platformasında yayımlanan çıxışında İsraili hədəf alıb.
ABŞ senatoru Bernie Sanders X sosial media platformasında yayımlanan çıxışında deyib: Amerika İsrailə pul vermənin səhv olduğunu gördü.
Sanders dünən yazılı açıqlama verərək İsrailə silah satışını dayandırmaq istiqamətində yeni addım atıb.
Sanders Senat üzvlərinə göndərdiyi bəyanatda bu istiqamətdə gələn həftə qanun layihəsi təqdim edəcəyini və bunun İsrailə silah satışını dayandırmağın yeganə yolu olduğunu bildirib.
İsrailin Qəzzada 41 mindən çox insanın ölümünə səbəb olan hücumlarında Amerika istehsalı silahlardan geniş şəkildə istifadə edildiyini vurğulayan Sanders, ABŞ-ın bir müddət əvvəl İsrailə 20 milyard dollarlıq silah satışına icazə verdiyini xatırladıb.
“Birləşmiş Ştatlar (Qəzzada) bu humanitar fəlakətdə şərik ola bilməz”, - Sanders bildirib.
Mənbə: Habertürk
Elnurə Kərimova