Putin Rusiya Xarici İşlər Nazirliyinin İranla saziş imzalamaq ideyasını bəyənib

Bölmə: Dünya › ,
Tarix: 22:42 18.09.2024

Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması təklifini bəyənib. 
"İnformator.az" xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi saytında məlumat verilib.

“Xarici İşlər Nazirliyinin Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması ilə bağlı təklifi qəbul edilir.  Rusiya Xarici İşlər Nazirliyinə danışıqlar zamanı sənəd layihəsinə fundamental xarakter daşımayan dəyişikliklər etməyə icazə verilir”, - prezidentin sərəncamının mətnində deyilib.

Sənəddə “iki dövlət arasında ən yüksək səviyyədə saziş imzalanmasının məqsədəuyğun olduğu” da vurğulanır.

Qeyd edək ki, bundan əvvəl İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zəhravənd İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Rusiyaya rəsmi səfəri zamanı Moskva ilə strateji tərəfdaşlıq sazişi imzalayacağını bildirib.

 

Banuçiçək Kalbalıyeva