Netanyahu Livan xalqına müraciət edib

Bölmə: Dünya › ,
Tarix: 21:26 23.09.2024

İsrailin baş naziri Benyamin Netanyahu Livan sakinlərinə müraciət edərək, onları Hizbullah şiə təşkilatının silah saxladığı əraziləri tərk etməyə çağırıb. Bu barədə RİA Novosti xəbər verir.

“Livan xalqına bir mesajım var. İsrail sizinlə yox, Hizbullahla müharibə aparır. Çox uzun müddətdir ki, o, sizdən canlı qalxan kimi istifadə edir”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Hizbullah raketləri ölkə sakinlərinin “otaqlarına və qarajlarına” yerləşdirib. O əlavə edib ki, İsrail öz xalqını qorumaq üçün bu silahları məhv etməlidir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri bildirib ki, İsrail ordusu Livanın şərqindəki Bekaa vadisində şiə Hizbullah hərəkatının hədəflərinə zərbələr endirməyə hazırlaşır. O əlavə edib ki, Hizbullah mülki binalarda strateji silahlar saxlayır və əhalidən canlı qalxan kimi istifadə edir.